Qarabağ əlilləri Mübariz Mənsimova azadlıq tələb edir - BƏYANAT

Baxış sayı: 
125
0  
0  

Əlillərin Müdafiə Komitəsi "Palmali" şirkətinin rəhbəri Mübariz Mənsimovla bağlı bəyanat yayıb. Muxalifet.az həmin bəyanatı olduğu kimi təqdim edir:
Türkiyədə yaşayan tanınmış iş adamı, messenat Mübariz Mənsimovun heç bir əsas olmadan saxlanılması biz savaş əlillərini ciddi rahatsız edir və bu saxlanmanın qərəzli, siyasi xarakter daşıdığını düşünürük.
Türkiyə hökumətindən sifarişlə Azərbaycan türklərinin həbs edilməsinə son qoymağını tələb edirik. Tarix boyu Türkiyə bizə Ana Vətən kimi qucaq açıb, indi niyə üzümüzə məhbəs qapılarını açır?! Mübariz Mənsimovun həbs sifarişini verənlər türkü türkə düşmən etmək yolunu tutanlardır. Qətiyyətlə bu həbsi və düşmənçilik siyasətini pisləyir, Mübariz Mənsimovun anında azad edilməsini tələb edirik!
Qarabağ Əlilləri:
Məğrur Bədəlsoy Ağamalı oğlu
Cəbrayılov Yusif Asif oğlu
Abbaszadə Xaliq Əvəz oğlu
İsmayılov Müşfiq Fərman oğlu
Süleymanov Güloğlan Salman oğlu
Hüseynov Eldar Rəsul oğlu
Bəxtiyarov Faiq Ələkbər oğlu
Əhmədov Mirbaba Əmirxan oğlu
Mikayılov Səxavət Dünyamalı oğlu
Kərimov Mehdi Rəhman oğlu və başqaları.
17.03.2020

Загрузка...
Загрузка...