""Qarabağ" klubunun əvəzedici heyəti Quzanlı qəsəbəsində oynayacaq" - ŞAD XƏBƏR

Baxış sayı: 
68
0  
0  
Bu gün "Qarabağ" futbol klubunun baş məşqçisi Qurban Qurbanovun doğum günüdür. Qurban Osman oğlu Qurbanov 1972-ci il aprelin 13-də Zaqatala rayonunun Aşağı Tala kəndində anadan olub. 
 
İlk sualımızı yazıçı, millət vəkili Aqil Abbasa ünvanladıq və soruşduq ki, o, bu gün Qurban Qurbanovu doğum günüylə bağlı təbrik edibmi? 
 
Turaninfo.org xəbər verir ki,Aqil Abbas Moderator.az-a açıqlamasında bildirdi ki, onlar hər gün telefonla danışırlar:
 
“Qurbanla dünən telefonla danışdıq. Biz tez-tez zəngləşirik, futbolla bağlı söhbətlər edirik. İndi sizdən sonra zəng vurub təbrik edəcəm. Sizə bir yeni xəbər deyim ki, "Qarabağ" klubunun əvəzedici heyəti Ağdamda Quzanlı qəsəbəsində oynayacaq. Məqsədimiz bölgədə futbolu sevdirməkdir. Bununla bağlı biz artıq Rövnəq müəllimlə də danımışıq. 
 
Qaldı ki, Qurbanı doğum günü münasibətilə təbrik edirəm. O, mənim üçün Azərbaycanın Labonovskisidir. "Qarabağ" İnşallah bu il də çempion olacaq. Qurbana cansağlığı, işində uğurlar arzulayıram və mən ona ürəkdən inanıram. Onu və komandasını çox istəyən adamam. Bu gün təkcə Qurbanın yox, Qurbanı sevənlərin də doğum günüdür”. 
 
Daha bir futbol azarkeşi olan millət vəkili Fazil Mustafa da Moderator.az-a açıqlamasında bildirdi ki, Qurban Qurbanov Azərbaycanın ən dəyərli futbol mütəxəssislərindən biridir:
 
“Qurban Qurbanov Azərbaycanın ən dəyərli futbol mütəxəssislərindən biridir. O, həm futbolçu kimi Azərbaycan taxirində öz imzasını qoyub və Azərbaycan yığma komandasının çox fəal hücumçularından biri olub. Digər tərəfdən də bir məşqçi kimi həm "Qarabağ"ın, həm də Milli komandanın uğurlu məşqçilərindən biridir. Düzdür, onun Milli Komandadakı məşqçi karyerası yarımçıq kəsildi və hesab edirəm ki, bu davam etsəydi, daha böyük fayda verə bilərdi. Amma onun Qarabağdakı uğurları göz qabağındadır. Ona görə də Qurban Qurbanovun Azərbaycan futbolu tarixində özünəməxsus yeri olacaq. Mən də onu təbrik edirəm. Qurban Qurbanov təvazökar və özünün şəxsiyyəti ilə Azərbaycan futboluna xüsusi bir rəng qatıb. Ona cansağlığı arzu edirəm”. 
Загрузка...
Загрузка...