"Qarabağ" İspaniya nəhəngini Bakıya gətirəcək - Bütün rəqiblərimiz MÜƏYYƏNLƏŞDİ (YENİLƏNDİ)

Baxış sayı: 
31
1  
0  

 

Bu gün Avropa Liqasının qrup mərhələsinin püşkü atılıb.
 
Publika.az xəbər verir ki, Monakoda keçirilən tədbirdə "Qarabağ"ın da rəqibi müəyyənləşib.
 
Püşkün nəticəsinə əsasən "A" qrupunda yer alacaq Ağdam klubunun rəqibləri "Sevilya" (İspaniya), APOEL (Kipr) və "Düdelanj"dır (Lüksemburq).
 
Qeyd edək ki, qrup mərhələsinin oyunları 19 sentyabr, 3 oktyabr, 24 oktyabr, 7 noyabr, 28 noyabr və 12 dekabrda keçiriləcək.
 
***
 
Bu gün Monakoda UEFA Avropa Liqasının qrup mərhələsinin püşkü atılacaq.
 
Bakı vaxtı ilə saat 15:00-da başlanacaq mərasimdə Azərbaycan təmsilçisi "Qarabağ"ın da rəqibləri məlum olacaq. Püşkatma nəticəsində 12 qrupun tərkibi müəyyənləşəcək. Ümumilikdə 48 komanda 4 səbətdən çıxarılacaq. Ağdam komandası 3-cü səbətdə yer alacaq.
 
1-ci səbət: "Sevilya" (İspaniya), "Arsenal" (İngiltərə), "Portu" (Portuqaliya), "Roma" (İtaliya), "Mançester Yunayted" (İngiltərə), "Dinamo" (Kiyev, Ukrayna), "Beşiktaş" (Türkiyə), "Bazel" (İsveçrə), "Sportinq" (Portuqaliya), MOİK (Moskva, Rusiya), "Volfsburq" (Almaniya), "Latsio" (İtaliya)
 
2-ci səbət: PSV (Hollandiya), "Krasnodar" (Rusiya), "Seltik" (Şotlandiya), "Kopenhagen" (Danimarka), "Braqa" (Portuqaliya), "Gent" (Belçika), "Borussiya" (Mönxenqladbax, Almaniya), "Yanq Boyz" (İsveçrə), "Astana" (Qazaxıstan), "Lüdoqorets" (Bolqarıstan), APOEL (Kipr), "Ayntraxt" (Frankfurt, Almaniya)
 
3-cü səbət: "Sent-Etyen" (Fransa), "Qarabağ" (AZƏRBAYCAN), "Feyenoord" (Hollandiya), "Xetafe" (İspaniya), "Espanyol" (İspaniya), "Malmö" (İsveç), "Partizan" (Serbiya), "Standard" (Lyej, Belçika), "Vulverhempton" (İngiltərə), "Renn" (Fransa), "Rusenborq" (Norveç), "İstanbul Başakşehir" (Türkiyə)
 
4-cü səbət: AZ (Alkmaar, Hollandiya), "Vitoriya" (Gimaraynş, Portuqaliya), "Trabzonspor" (Türkiyə), "Aleksandriya" (Ukrayna), "Düdelanj" (Lüksemburq), LASK (Avstriya), "Volfsberq" (Avstriya), "Slovan" (Bratislava, Slovakiya), "Luqano" (İsveçrə), "Reyncers" (Şotlandiya), ÇFR (Kluj, Rumıniya), "Ferentsvaroş" (Macarıstan)
 
Mərasim zamanı Avropa Liqasında ötən mövsümün ən yaxşı futbolçusunun adı da açıqlanacaq.
 
Qeyd edək ki, oyunlar 19 sentyabr, 3 oktyabr, 24 oktyabr, 7 noyabr, 28 noyabr və 12 dekabrda keçiriləcək.

Загрузка...
Загрузка...