"Qarabağ" Çempionlar Liqasına məğlubiyyətlə başladı - YENİLƏNDİ

Azərbaycan çempionu “Qarabağ” bu gün Çempionlar Liqasının qrup mərhələsində debüt edib.
Publika.az xəbər verir ki, C qrupunda mübarizə aparan “Qarabağ” “Çelsi” ilə üz-üzə gəlib.
Görüş Londonun məşhur “Stemford Bric” stadionunda baş tutub. Bu, Qurban Qurbanovun yetirmələrinin ikinci London səfəridi. İki il öncə Avropa Liqasının qrupunda ağdamlılar “Tottenhem”lə üz-üzə gəlib. Azərbaycan və İngiltərə klublarının hələlik yeganə duelinin hər iki səhnəsində britaniyalılar qalib gəlib. “Qarabağ” Londonda 1:3, Bakıda 0:1 hesabı ilə uduzub.
Bu dəfəki məğlubiyyət daha sarsıdıcı oldu. Meydan sahibləri "Qarabağ"a əsl futbol dərsi keçdi - 6:0
Çempionlar Liqası. Qrup mərhələsi, 1-ci tur, C qrupu
12 sentyabr
22:45. “Çelsi” (İngiltərə) – “Qarabağ” (Azərbaycan) 6:0
Pedro, 5. Zappakosta, 30. Aspilikueta, 55. Bakayoko, 71. Batşuayi, 76; 82.
Baş hakim: Anastasios Sidiropulos
Baş hakimin köməkçiləri: Polixronis Kostaras, Lazaros Dimitriadis
Əlavə hakim köməkçiləri: Xaralambos Kalogeropulos, Aleksandros Aretopulos
Dördüncü hakim: Damianos Eftimiadis (hamısı Yunanıstan)
Hakim-inspektor: Paulius Malzinskas (Litva)
UEFA nümayəndəsi: Mixal Mertinyak (Slovakiya)
London. “Stemford Bric” stadionu
“Çelsi”: 13. Tibo Kurtua, 3. Markos Alonso, 4. Sesk Fabreqas, 7. Nqolo Kante, 11. Pedro Rodrigez, 21. David Zappakosta, 22. Villian, 23. Miki Batşuay, 24. Qari Keyhil, 27. Andreas Kristiansen, 28. Sezar Azpilikueta
Ehtiyat oyunçular: 1. Villi Kabalyero, 2. Antonio Rüdiger, 9. Alvaro Morata, 10. Eden Azar, 14. Timo Bokayko, 15. Viktor Moses, 30. David Luiz
Baş məşqçi: Antonio Konte
“Qarabağ”: 13. İbrahim Şehiç, 2. Qara Qarayev, 5. Maksim Medvedev, 8. Miçel, 9. Dino Ndlovu, 10. Pedro Enrike, 14. Rəşad Sadıqov, 20. Riçard Almeyda, 52. Yakub Jezniçak, 55. Bədavi Hüseynov, 77. Donald Gerye
Ehtiyat oyunçular: 1. Anton Kanibolotski, 7. Rahid Əmirquliyev, 11. Mahir Mədətov, 18. Tarik Elyunusi, 22. Əfran İsmayılov, 32. Elvin Yunuszad, 91. Coşqun Diniyev
Baş məşqçi: Qurban Qurbanov

Загрузка...
Загрузка...