​Qarabağ atlarının qaçqın taleyi

Baxış sayı: 
152
2  
0  

1993-cü ildə Ağdam rayonu düşmən tərəfindən işğal olunandan və Qarabağ atları da qaçqın taleyi yaşadıqdan sonra, bu atların cinsi tükənib məhv olma təhlükəsi qarşısında qalmışdı. 1998-ci ildən etibarən Qarabağ atlarının yetişdirilməsində və təbliğində misilsiz xidmət göstərən Yaşaq Quluzadə   bu əvəzsiz milli sərvətimizin qorunması işinə başlayıb. Yaşar Quluzadə “Damazlıq atlar”  kitabının redaktorudur, dünyanın bir çox ölkələrində bu atların təbliğ olunmasında böyük rolu var, ABŞ-dakı “Qarabağ atları” cəmiyyətinin Azərbaycandakı nümayəndəsidir. Onun fərdi təsərrüfatında bu illər ərzində səksən başdan artıq cinsin tələblərinə uyğun, heç bir qarışığı olmayan, təmizcins Qarabağ atı yetişdirilib. Bu atlardan bir çoxu cinsin ən məşhur nümayəndələridir, hazırda fəaliyyət göstərən təsərrüfatların əsas aparıcı ayğırları olmaqla, Qarabağ cinsinin əsas genofondunu təşkil edirlər. Azərbaycan atçılarının əksəriyyəti bu atları adları ilə tanıyırlar.
23.09.2020-ci il tarixində Yaşar Quluzadə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həbs edilib və  Qarabağ atçıları bu həbsin arxasında Azərbaycan Atcılıq Federasiyasının  durduğundan şübhələnirlər, çün ki bu qurumun rəhbərliyi tez-tez Yaşar Quluzadənin qiymətli sərvətimizə olan biganəliyinə görə tənqid hədəfi olmuşdur, hətta aralarında məhkəmə çəkişməsi də vardır.
Yaşar Quluzadə və Qarabağ atçıları uzun illər ərzində, çox böyük maddi sıxıntılarla, ailədən kəsib atlara sərf etməklə, bir neçə vətənpərvərin səyləri nəticəsində, tipik, qızıl Qarabağ köhlənlərinin bir qismini xilas etmiş, hətta bir qədər də artırmışlar. Bu gun onun nahaq yerdən həbs olunması nə dərəcədə düzgündür?

Загрузка...
Загрузка...