Qanunsuz təşkil olunan dini yığıncağın iştirakçıları saxlanılıb və ölkədən çıxarılıb

Baxış sayı: 
103
1  
0  

 
DİN Mətbuat Xidmətindən Musavat.com-a verilən məlumata görə, Daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsi, Binəqədi RPİ 4-cü Polis Şöbəsi, Dövlət Təhlükəsizlik Xidməti və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin əməkdaşları yanvarın 10-da Binəqədi rayonu ərazisindəki evlərin birində əməliyyat tədbiri keçiriblər.
 
Nəticədə Rusiya Federasiyasının vətəndaşları olan 9 nəfərin həmin ünvanda qanunsuz dini yığıncaq təşkil etmələri müəyyən edilib.
 
Evə baxış zamanı 5 ədəd dini təyinatlı ədəbiyyat (xristianlığı təbliğ edən kitab), 113 ədəd CD disk və 28000 ədəd vizit kart aşkar edilərək götürülüb.
 
Onlar barəsində Azərbaycan Respubublikası İnzibati Xətalar Məcəlləsinin 515-ci (Dini qurumların yaradılması və fəaliyyət qaydasının pozulması) maddəsi ilə protokol tərtib edilmiş və həmin şəxslər ölkə hüdudlarından kənara çıxarılıblar.
 
Araşdırmalar aparılır.

Загрузка...
Загрузка...