QANUN DƏYİŞDİ: uşaqlara təcavüz edənlər EDAM OLUNACAQ

Baxış sayı: 
23
1  
0  

Hindistanda uşaqları cinsi istismar edən cinayətkarların cəzası ağırlaşdırılıb.
 
Publika.az xəbər verir ki, bundan sonra həmin şəxslər edam ediləcək.
 
Qərar bu həftə qüvvəyə minir. Bu çərçivədə, həmçinin, uşaqlara qarşı təcavüzün görüntülərini paylaşan şəxslər də cinayət ortağı hesab olunacaq.
 
Qeyd edək ki, Hindistanda uşaqlara cinsi təcavüz edən şəxslər 20 il həbs cəzasına məhkum edilirdi. Yeni qərar uşaqların təcavüzə məruz qalması faktlarının sayını azaltması məqsədilə qəbul edilib.
 
Beynəlxalq İtkin və İstismar olunan Uşaqlar Mərkəzinin hesabatına görə, dünyada internet vasitəsilə uşaqlara cinsi təcavüz sayı 5 il öncə 100 min ikən, ötən il 18 milyona çatıb.
 
Zümrüd

Загрузка...
Загрузка...