​"Qalatasaray"dan ŞOK ADDIM - Qomis satılır

Baxış sayı: 
320
0  
0  

“Qalatasaray” komandanın vazkeçilməzlərindən sayılan Bafetimbi Qomisi satmaq niyyətinə düşüb.
Publika.az xəbər verir ki, heyətin ən məhsuldar oyunçularından olan Qomisin meneceri Mendi futbolçuya Çindən təklif gəldiyini açıqlayıb.
Transferin detalları ilə tanış olan futbolçu prinsiplərlə razı olduğunu bildirib və topu “Qalatasaray”a atıb. Klub isə iqtisadi sıxıntılar içində olduğundan bu transferə razılıq verə biləcəyini deyib. Beləliklə, tərəflər arasında razılıq əldə edilərsə, Bafetimbi Qomis 9 milyon avro qarşılığında Çinə transfer olunacaq.
Futbolçunun illik maaşının 7-8 milyon avro civarında olacağı bildirilir.
Zümrüd

Загрузка...
Загрузка...