Qadını döydükdən sonra bağlayaraq təcavüz edib – Abşerondakı dəhşətin təfərrüatı

Baxış sayı: 
62
1  
0  

 
Abşeron rayonunda zorlamada təqsirli bilinən Ağsu rayon sakini, 1985-ci il təvəllüdlü Kənan Qasımovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
 
Publika.az xəbər verir ki, Kənan Qasımov 23 may 2017-ci il tarixdə, axşam saat 22 radələrində əmisi oğlu Sahibin tanışı Samirə Babayevanın (cinayət işində adı keçən şəxslərin ad və soyadları şərti verilib – red.) təklifi ilə pivə içmək məqsədilə sonuncunun ofisiant işlədiyi “555” adlı kafeyə gəlib.
 
Kafedə içki məclisi
 
Kafedə bir neçə bakal pivə içdikdən sonra Kənan Samirəni yaşadığı evə dəvət edib. Sonra o, yaxınlıqda yerləşən mağazadan araq və ərzaq məhsulları alıb.
 
Onlar birlikdə saat 00:00 radələrində Kənanın yaşadığı Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində olan nömrəsiz fərdi yaşayış evinə gəliblər.
 
Yarıçılpaq gördü, cinsi əlaqədə olmaq istədi
 
Evə gəldikdən onlar birlikdə araq içib, sərxoş olduğu üçün döşəmə üzərində olan döşəyin üzərində yatıb. Bir qədər sonra yuxudan oyanan Kənan Samirənin yarıçılpaq halda görüb və onunla cinsi əlaqədə olmaq qərarına gəlib. Bu barədə Kənan Samirəyə təklif edib.
 
Amma Samirə onun bu təklifi ilə razılaşmayıb. Bu zaman Kənan Samirəni yatağa itələyib. Həmin vaxt otağa daxil olan Sahib ona mane olmaq istəyib.
 
Əl-qolunu bağladı, şillə-təpiklə vurdu
 
Lakin Kənan Sahibi təhqir edib və otaqdan qovub. Bu səbəbdən Sahib otaqdan çıxıb. Həmin vaxt Kənan ona fəal müqavimət göstərən Samirənin bədəninin müxtəlif nahiyələrinə şillə, təpik zərbələri vurub.
 
Daha sonra Kənan otaqda olan iplə Samirənin əl-qollarını bağlayıb, onun müqavimətini qırmaq məqsədilə yenidən yumruq və şillə zərbələri vurub.
 
Bir saata üç dəfə intim əlaqə
 
Daha sonra Kənan saat 02-dən 03 radələrinə kimi Samirə ilə təbii və qeyri-təbii yolla cinsi əlaqədə olub. Kənan bir saat ərzində qısa fasilələrlə üç dəfə intim əlaqəyə girib, zorakılıq göstərib.
 
İstintaq orqanı tərəfindən Kənan Qasımovun barəsində Cinayət Məcəlləsinin 149.2.5-ci (təkrar zorlama) maddəsi ilə ittiham elan edilib.
 
7 il cəza
 
Bu cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrlik etdiyi kollegiyada araşdırılıb. Məhkəmənin hökmü ilə o, 7 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməsi qərara alınıb.
 
Bu hökmdən narazı qalan Kənan Qasımov apelyasiya şikayəti verib. O, şikayətində göstərib ki, zərərçəkmişlə zorla cinsi əlaqədə olmayıb, ona qarşı zorakılıq göstərməyib. O, zərərçəkmişlə könüllü intim əlaqədə olduğunu deyib.
 
Kənan Qasımovun işinə ədalətli baxılmasını istəyib. Onun şikayəti Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilib. Hakim Nazim Mövsümovun sədrliyi ilə baş tutan iclasda araşdırılıb.
 
Hakim heyəti apelyasiya şikayətinin dəlillərini araşdıran zaman Kənan Qasımovun ittihamında dəyişiklik edib.
 
Apelyasiya instansiyası məhkəməsi Kənan Qasımovun Samirə Babayevaya zor tətbiq etməklə, o cümlədən əl-qolunu iplə bağlayaraq onun müqavimətini qırdıqdan sonra saat 02-dən – 03-dək qısa fasilələrlə qeyri-təbii yolla cinsi əlaqədə olmasını təkrarçılıq əlamətini yaratmayan əməl kimi qiymətləndirib.
 
Cəza 5 ilə endirildi
 
Bu səbəbdən Kənan Qasımovun barəsində olan Cinayət Məcəlləsinin 149.2.5-ci maddəsindən (təkrar zorlamadan) 149.1-ci (zorlama, yəni zərərçəkmiş şəxsə və ya başqa şəxslərə qarşı zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə və ya zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə onunla cinsi əlaqədə olma) maddəsinə tövsif edilib. Kənan Qasımovun cəzası 5 ilə qədər endirilib.
 
Bu qərardan narazı qalan Kənan Qasımov kasasiya şikayəti verib. O, Sumqayıt Apelyasiya Məhkəməsinin qərarının ləğv edilməsini, işinə yenidən apelyasiya instansiyasında ədalətli baxılmasını istəyib.
 
Kənan Qasımovun kasasiya qaydasında verdiyi şikayəti araşdırılması üçün Ali Məhkəməyə göndərilib. Hakim Hafiz Nəsibovun sədrlik etdiyi kollegiyada kasasiya şikayətinin dəlilləri araşdırılıb.
 
Hakim heyəti onun kasasiya şikayətini təmin etməyib.
 
Minval.info

Загрузка...
Загрузка...