​Qacarlar sülaləsinin 51 yaşlı şahzadəsi Milanda tapıldı

 
Altı ay əvvəl İngiltərədə itkin düşmüş milyarder Ariane Lak İtaliyanın Milan şəhərində tapılıb.
 
Teleqraf.com xəbər verir ki, ingilis mediası Ariane Lakini İranda uzun müddət hakimiyyətdə olmuş Qacarlar nəslinin nümayəndəsi kimi təqdim edir.
 
İtkin düşmüş şahzadənin ailəsi onu tapmaq üçün xüsusi detektivlərlə müqavilə bağlayıb. Məlumata görə, şahzadə Milanda tapılasa da, onu tanımaq çətin olub. Detektivlər onu geyimi olduqca çirkli, yaddaşı itmiş və qəzəbli halda tapıblar.
 
Şahzadə tapıldıqdan sonra Milana heyran qaldığını deyib. Burada yaşayanların ona kömək etmək istədiyini, ancaq özünün bundan imtina etdiyini dilə gətirən Qacar şahzadəsi ona verilən yeməkləri belə qəbul etmədiyini söyləyib.
 
Müəllif: Cavad

Загрузка...
Загрузка...