Putinin ətrafındakı 300 nəfərə AĞIR ZƏRBƏ: 17 gün qaldı

ABŞ tezliklə Rusiya oliqarxlarına qarşı yeni sanksiyalar tətbiq edəcək.
Publika.az “Röyters” agentliyinə istinadən xəbər verir ki, bu haqda ABŞ-ın maliyyə naziri Stiven Mnuçin bildirib.
“Biz bunun üzərində işləyirik. Yeni sanksiyalar yaxın gələcəkdə elan ediləcək”, - Mnuçin deyib.
Eyni zamanda Rusiyanın “Kommersant” qəzetinin yazdığına görə, ABŞ administrasiyası Konqresə Rusiyanın ali rəhbərliyinə yaxın məmurlar və biznesmenlərin siyahısını təqdim etməyə hazırlaşır. Onların sayı 50-dən çox, ailə üzvlərinin sayı ilə birlikdə isə 300-ə qədər ola bilər.
Nəşrin məlumatına görə, “qara siyahı”ya düşmə sanksiyalarA avtomatik məruz qalma anlamına gəlmir, amma bu, riski artırır.
Qeyd edək ki, “Kreml hesabatı” adlandırılan sənədin yanvarın 29-da açıqlanacağı bildirilir.
Ömər Dağlı

Загрузка...
Загрузка...