"Putinin Azərbaycana səfəri zamanı ciddi razılaşmalar əldə olunacaq" - KALAŞNİKOV

Baxış sayı: 
86
2  
0  

Rusiya prezidenti Vladimir Putinin Azərbaycana rəsmi səfəri sentyabrın 25-27-nə planlaşdırılır.

Turaninfo.org xəbər verir ki, bu barədə Rusiya Dövlət Dumasının MDB işləri üzrə komitəsinin rəhbəri, Avrasiya inteqrasiyası və həmvətənlərlə əlaqələr şöbəsinin rəhbəri Leonid Kalaşnikov Bakıda mətbuat konfransında bildirib.

"Rusiya prezidentinin Bakıya səfərinin ardından hər iki dövlət başçısı - Vladimir Putin və İlham Əliyev sentyabrın 28-də Düşənbədə keçiriləcək MDB ölkələrinin sammitində iştirak etməyi planlaşdırırlar", - deyə o vurğulayıb.

Dövlət Dumasının Komitə rəhbərinin sözlərinə görə, Rusiya yaxın qonşuları ilə münasibətlərin inkişafında maraqlıdır.

"Hesab edirəm ki, qarşıdakı səfər Rusiya və Azərbaycan arasında ciddi razılaşmalara səbəb olacaq. Bir sıra sahələrdə sənədlər paketinin imzalanacağı gözlənilir", - L.Kalaşnikov qeyd edib./report/

Загрузка...
Загрузка...