Putin: “Siz istəyirsiniz ki, biz insanlara araq vurmağı təbliğ edək?”

 
 
Rusiya prezidenti Vladimir Putin ölkənin aparıcı KİV rəhbərlərinin futbol üzrə dünya çempionatı dövründə sərt alkoqollu içkilərin reklamına icazə verilməsi xahişinə zarafatla cavab verib. Rusiya liderinə əsas dəlil kimi rus adamlarının onsuz da alkoqolla böyümələrini və buna görə reklama məhdudiyət qoyulmasının  mənasız olduğunu söyləyiblər.
 
“Mən ana südü ilə böyümüşəm”-Putin cavab verib.
 
O qeyd edib ki, Rusiyada artıq bu sahədə yumşalma var- yerli xammaldan hazırlanan pivənin, şərabın reklamına icazə verilib. “ Hətta ən keyfiyyətli alkoqol onsuz da spirtin əsasında düzəlir. Çox az zaman kəsiyində  təsir edir, sonra isə...” – bu sözləri deyib,Putin əli ilə işarə etdi və aşağı düşmə mənasını verən səs çıxardı.
 
Bununla bərabər Putin yenə də söz verdi ki, təklif üzərində fikirləşəcək və qeyd etdi ki, Rusiyada reklamdan gələn gəlir xeyli azalıb. “Siz istəyirsiniz ki, biz böyük idman tədbirlərində insanlara araq vurmağı təbliğ edək?” – bunu deyib prezident əlavə etdi ki, araq Rusiyanın qürurudur və onun mədəniyyətinin tərkib hissəsidir.
 
“Amma, nə qürur? Bu mədəniyyət deyil. Bu ən yaxşı halda submədəniyyətdir”-söhbətin sonunda dövlət başçısı əlavə edib.
 
2017-ci ilin payızında Putin öz sirrini açmışdı ki, bu qədər sıx qrafikinin olmasına rəğmən gücü, enerjini hardan alır. Dövlət başçısı qeyd edib ki, burda ona idman kömək edir və idmanı spirtlə qarışdırmayın. (rus dilində” sport-spirt”sözlərinin oxşarlığı vurğulanıb).

Загрузка...
Загрузка...