​Putin Qurandan sitat gətirdi: Türkiyədə olub...

Baxış sayı: 
36
1  
0  

Rusiya Prezidenti Vladimir Putin neft obyektləri dron hücumuna məruz qalan Səudiyyə Ərəbistanına S-400 zenit-raket kompleksi almağı tövsiyyə edib.
 
Axar.az xəbər verir ki, Kreml rəhbəri bu yöndə sualı cavablandırarkən müqəddəs Qurani-Kərimdən də sitat gətirib.
 
“Müqəddəs Quranda öz irqinin qorunmasından savayı tətbiq edilən zorakılığın qəbuledilməz olduğu deyilir. Bax elə, öz irqini, vətənini qorumaq üçün biz Səudiyyə krallığına uyğun yardımı göstərməyə hazırıq”, - deyə dövlət başçısı bildirib.
 
Putin əlavə edib ki, Səudiyyə rəhbərliyi müdrik qərar qəbul etməyə kifayət qadirdir və İranı nümunə götürərək S-300-ü, yaxud türk hakimiyyətinin etdiyi kimi S-400-ü əldə edə bilər.
 
Rus liderin bu yöndə açıqlamasına cavab olaraq İran lideri Həsən Ruhani “Daha yaxşı nə ola bilər? S-300, yaxud S-400...” - bildirib.
 
Putin də öz növbəsində “Qoy, seçsinlər” deyərək iranlı həmkarının cavabını bir növ təsdiqləyib.
 
Kreml rəhbəri sonda yenə Qurandan sitat gətirib:
 
“Müsəlman əhalinin üstünlük təşkil etdiyi Türkiyədə olub, Qurani-Kərimin sətirlərini xatırlamamaq olmaz: Allahın mərhəmətini xatırlayın. Siz nə zamansa düşmən idiniz, Allah sizin qəlblərinizi barışdırdı və sizi qardaş etdi. Bax elə düşünürəm ki, buradan başlamalıyıq”.
 

Загрузка...
Загрузка...