​Putin Paşinyanın piarını alt-üst etdi – Şərh

Baxış sayı: 
62
2  
0  

Avrasiya İqtisadi Birliyinin 5-ci zirvə toplantısında Rusiya prezidenti Vladimir Putinin Ermənistanın baş naziri Nikol Paşinyana soyuq münasibəti medianın diqqətindən yayınmayıb.
Yenisabah.az xəbər verir ki, Vladimir Putin Ermənistanda hakimiyyət dəyişikliyindən sonra ilk dəfə idi ki, İrəvana səfər edirdi. Rusiya prezidentinin bu səfərə çox az vaxt ayırması Moskva ilə İrəvan arasında münasibətlərin ürəkaçan olmadığı barədə yaranmış qənaəti bir qədər də möhkəmləndirdi.
 
Putinin İrəvandakı davranışları, Paşinyana aşkar şəkildə soyuq münasibət sərgiləməsi, onunla görüşə bir neçə dəqiqə ayırması,  Ermənistan baş nazirinin zirvə görüşünə ev sahibliyi etməsi ətrafında apardığı piarı alt-üst elədi. Yəni, aydın oldu ki, zirvə görüşünün İərvanda keçirilməsi heç də Paşinyanın əhəmiyyətindən xəbər vermir.
 
Onsuz da əvvəldən bəlli idi ki, Avrasiya İttifaqının 5-ci zirvə görüşünün Ermənistanda keçirilməsi növbəlilik prinsipilə əlaqədardır. Fəqət, Paşinyan ciddi-cəhdlə bunu öz aktivinə yazmağa çalışırdı. Digər tərəfdən, Paşinyan Rusiya ilə problemlərin olmadığını nümayiş etdirməyə çalışsa da, Putinin “bədən dili” bunu əksini söyləyirdi.
 
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu baş verənləri “Yeni Sabah”a şərh edib. Politoloq bildirib ki,  hər cümləsində Rusiyanı Ermənistanın strateji tərəfdaşı adlandıran Nikol Paşinyan üçün Putinlə bir neçə dəqiqəlik görüşün özü kiçik uğur sayıla bilər. “Çünki, birincisi, bu Rusiya prezidentinin Paşinyan hakimiyyətə gəldiyi gündən Ermənistana ilk səfəri idi. Ancaq bu xüsusi bir səfər deyildi, təşkilatın toplantısına qatılmaq mahiyyəti daşıyırdı. İkincisi, zirvə toplantısından əvvəl yayılan xəbərlərdə Putinin İrəvana səfərinin bir neçə saat çəkəcəyi və Paşinyanla ikitərəfli görüş keçirməyəcəyi bildirilirdi. Putin Paşinyanla görüşdən imtina etmədi. Buna görə də Paşinyan ölkə daxilindəki rəqiblərinə dil göstərib “mən deyən oldu” sözləriylə qısa müddətə fəxr edə bilər. Qısa müddətə ona görə ki, Putinin Paşinyana münasibəti dəyişməyib”,- deyə Elxan Şahinoğlu bildirib.
 
Putinin davranışlarına gəlincə, politoloq deyib ki, Kremlin sahibi hələ də dostu, Ermənistanın keçmiş prezidenti Robert Köçəryanın həbsdə saxlanılmasında narahatdır: “Paşinyan əvvəlkitək Putinin dostu eks-prezident Robert Köçəryanı həbsdə saxlayır. Bu isə Kreml sahibini narahat etməyə bilməz. Digər tərəfdən İrəvanın istəyinə baxmayaraq Rusiya Ermənistana satdığı qazın qiymətini ucuzlaşdırmaq istəmir. Qış aylarında ucuzlaşmayan qaz Ermənistan üçün böyük maliyyə yükünə çevriləcək”.

Загрузка...
Загрузка...