Putin istefa verir, Şoyqu hakimiyyətə gələ bilmir

Baxış sayı: 
23
1  
0  

 
Rusiya mənbələri tarixi faktlara əsasən iddia edir ki, hərbçinin ölkədə hakimiyyətin birinci şəxsi olması problemlidir
Uzun müddətdir ki, xüsusən xarici mediada Rusiyanın Putindən sonrakı taleyi haqda müxtəlif səpkili iddialar yer alır.
 
Xarizması olmasa da, namizədlər sırasında öncəliklə Dmitri Medvedyev var. O, artıq 2008-2012-ci illərdə Putini əvəzləmişdi. Amma o vaxt Putin baş nazir idi və ölkənin əsas siyasətinin o müəyyən edirdi. Putinin hakimiyyətə qayıdışından sonra Rusiya siyasətində Dmitri Medvedyevin "siyasi varislik ömrü” başa çatmış hesab olunur. Ona görə də Putin tərəfindən "çeynənilmiş” Medvedyevin yenidən siyasi varis seçiləcəyi inandırıcı görünmür.
 
Digər namizədlər içərisində Moskva meri Sergey Sobyanin,Federasiya Şurasının spikeri Valentina Matviyenkonun və nəhayət, müdafiə naziri Sergey Şoyqunun adı var.
 
Sergey Sobyaninin imici və siyasi bilikləri prezidentlik üçün çox zəifdir. Putinin yerlisi-Sankt-Petrburqun sabiq qubernatoru Matviyenkonun nüfuzu, təcrübəsi və digər kriteryaları yerində olsa da, ancaq o, Putindən də yaşlıdır. Üstəlik, nə rus elitası, nə millətçi kəsim qadının prezidentliyin qəbul etməyə hazır deyil. Bu iddialarda əsasən, bir nəfərin adı daha çox çəkilir: atası Tuva türkü olan  müdafiə naziri Sergey Şoyqunun. 
 
 
Rusiya hökumətində hamıdan çox işləyən şəxslərdən olan müdafiə naziri Sergey Şoyqunun rəhbərlik etdiyi silahlı qüvvələr Putinin xarici siyasətinin əsas elementinə çevrilib. Putindən 3 yaş cavan olan Şoyqunun hakimiyyət strukturlarına gəlişi hələ 1990-cı ildə, SSRİ-nin dağılmasından əvvəl baş verib. O zaman Putini heç kim tanımırdı. Şoyqu fövqəladə hallar naziri postunda ciddi nüfuz qazandı. Onun ən ciddi uğuru isə hakimiyyətdə ustalıqla manevr edərək düşmən qazanmaması qeyd edilir. Şoyqunun Putinə sadiqliyi, populyarlığı və səriştəliliyinin kombinasiyası müdafiə nazirini ən ehtimal olunan varisə çevirir.
 
Hətta Qərbdə bu planın artıq ssenarisini belə yazanlar var. Əvvəl Şoyqu baş nazir olur. 2024-cü ildə Putinin 7 illik prezidentlik müddəti bitir. Qanunla o, bir daha ölkə rəhbəri olmayacaq. Bu səbəbdən  Putinin 2021 və 2022-ci ildə yorulduğun elan edərək istefa verir, növbədənkənar seçki elan edir. Vladimir Putin özü üçün "millətin atası” kim xüsusi post təşkil edir.
 
Bundan sonra Şoyqu varis kimi dəstəklənir və Rusiyanın birinci şəxsinə çevrilir. Rusiya tarixən çar sevər olsa da, müasir dövrdə “millətin atası” olmaq bir qədər problemli görünür. Bu səbəbdən Qərb texnoloqları iddia edir ki,  Putin getdikdən sonra hələ bir müddət “Putinizm” yaşamalıdır. Əks təqdirdə, onun heç bir varisi hakimiyyətdə otura belə bilməz.
 
 
 
 “Putinizm” vətənpərvərlik, ənənəvi dəyərlər və Rusiyanın fövqəldövlət statusunun dirçəldilməsi şüarlarına söykənir. Prezidentlik müddətinin sonunda Vladimir Putin artıq Rusiya siyasətini düz dörddə bir əsr formalaşdırmış şəxs olacaq. Əlbəttə, belə bir vəziyyətdə “Putinizm” ideologiyasından danışmaq olar. Vladimir Putinin prezident olmayacağı dövrdə də “Putinizmin” yaşayıb-yaşamayacağı sual doğurur.
 
Kreml texnoloqları hesab edir ki, “Putinizm qalacaq” iddiası böyük ehtimalla bu ideyanın necə yenilənməsindən asılı olacaq. Çünki gənclərin Putin rejiminə qarşı getdikcə daha çox neqativ münasibət bəsləməsi Kremldə əsaslı narahatlıq yaradır. Həm də gənclərin əksəriyyəti yaşamaq üçün xaricə getmək barəsində düşünürlər. Gənc insanlar istəyirlər ki, Kremlin planladığının əksinə olaraq onların Qərblə münasibətləri daha yaxşı olsun. Digər tərəfdən isə rəy sorğuları göstərir ki, gənclər beynəlxalq izolyasiyadan qorxurlar.
 
Amma Rusiya mənbələri tarixi faktlara əsasən iddia edirlər ki, hərbçinin ölkədə hakimiyyətin birinci şəxsi olması problemlidir. Məsələn, 100 il əvvəl, 1919-cu ilin oktyabrında general-leytenant Anton Denikin və admiral Aleksandr Kolçak imperiyanı saxlamaq üçün  “qırmızılarla”( bolşeviklərlə) müharibədə “mülki şəxslərə” məğlub oldular. Əks cəbhəyə rəhbərlik edən mülki şəxslər- Lev Trotski, İosif Stalin, Mixail Frunze, İvan Smirnov generallara qalib gəldilər.
 
İvan Qroznı dövründə də ən məşhur hərbçi Dmitri Xvorostin olub. 1560-80-cı illərdə onun qədər döyüşlərdə qalib gələn ikinci hərçi olmayıb. Amma nüfuzuna baxmayaraq, ona  heç bir siyasi post almaq qismət olmayıb. 1613-cü ildə Rusiya çarı olmağa ən ideal və real namizəd mili qəhrəman və hərbi komandan Dmitri Pojarskı hesab olunurdu. Amma çar yeniyetmə Mixail Romanov oldu. XVIII əsrdə Rusiyasındakı saray çevrilişlərində də əsas simalar generallar olsa da, yenə də hakimiyyət onlara qismət olmayıb. General Petr Pavlenkonu rəhbərlik etdiyi  çevriliş gənc Paveli hakimiyyətdən etdi, amma kürsüyə I Aleksandr çıxdı. Əsasən, zabitlərdən ibarət “Dekabristlər”də yalnız kiçik hərbi rütbəsi olan I Nikolaya uduzublar. Stalin və Xruşov dövrlərində də məsələn, Almaniya müharibəsinin baş qəhrəmanı Jukov kimi generalların hakimiyyətə yiyələnmək şanslarının qarşısı alınıb.    
 
1991-ci ildə, avqust qiyamını- QKÇP-ni də SSRİ-nin generalları həyata keçirmişdilər. Amma hakimiyyətə Boris Yeltsin gəldi...
 
ORXAN,
“Yeni Müsavat”

Загрузка...
Загрузка...