Putin ikinci dalğanın gələcəyi TARİXİ AÇIQLADI

Baxış sayı: 
95
1  
0  

Yeni tip koronavirus oktyabr-noyabr aylarında effektivliyini artıracaq və ikinci dalğaya səbəb olacaq.
 
Publika.az xəbər verir ki, bu sözləri Rusiya prezidenti Vladimir Putin dilə gətirib.
 
Rusiya Xalq Sağlamlığı və İstehlakçıların Hüquqlarını Müdafiə Agentliyi (Rospotrebnadzor) qurumunun sədri Anna Popova Putinlə onlayn konfransında ölkədə yoluxma sayının zirvəni gördüyünü açıqlayıb. Onun sözlərinə görə, durum artıq stabildir.
 
Rusiya Baş nazirinin müavini Tatyana Qolikova isə may ayında ölkədə koronavirus səbəbilə ölənlərin sayında ciddi artım gözlədiklərini bildirib.
 
Toplantıda iştirak edən rəsmi nümayəndələr gələn ilin ortalarında Rusiyanın normal həyata geri qayıda biləcəyi bilgisini verib.
 
Son rəqəmlərə görə, Rusiyada 326 min 448 nəfər virusa yoluxub, 3 min 249 nəfər ölüb.
 
Zümrüd

Загрузка...
Загрузка...