Putın bir neçə günə nüvə silahını İŞƏ SALACAQ: planlaşdırma 2014-cü ildə BAŞLANIB

 
Sentyabrın 14-də başlanan Rusiya-Belarus “Qərb-2017” birgə hərbi təlimləri ilə bağlı Qərbin narahatlığı davam edir. Moskva təlimlərin Qərb üçün heç bir təhdid olmadığını və müdafiə xarakterli olduğunu bildirsə də, Avropa ölkələrindən həyacan təbili çalınmaqdadır. Onların sözlərinə görə, təlimlər Rusiyanın Qərb istiqamətində ekspansiya siyasətinin bir hissəsidir.
Estoniyanın müdafiə qüvvələrinin komandanı, general-leytenant Rixo Terras da bu fikirdədir.
Publika.az xəbər verir ki, general-leytenantın fikrincə, siyasi vəziyyət Moskva üçün arzuedilməyən istiqamət üzrə dəyişərsə, Rusiya Ukrayna ssenarisi üzrə Belarusa hərbi müdaxiləyə hazırdır.
“Qərb-2017” təlimlərinin bir başqa vəzifəsi Rusiya qoşunlarının Belarusiya müdaxiləsinə hazırlıqdır. Hədəf Belarus hərbiçilərinin sərbəst hərəkət etmək qabiliyyətini iflic etməkdir”, - Terras “ERR Novosti” portalına müsahibəsində deyib.
Onun sözlərinə görə, əməliyyatın planlaşdırılması 2014-cü ildə başlanıb. Bundan başqa, Terrasın fikrincə, “Qərb-2017” təlimlərinin miqyası onun terrorçuluğa qarşı əməliyyata hazırlıq olduğu barədə bəyanatlara uyğun deyil.
“Təlimlərdə müxtəlif hərbi dairələr, Baltika və Şimal donanmaları, raket qoşunları iştirak edir”, - Terras bildirib.
Eyni fikri Litva Prezidenti Dalya Qribauskayte də söyləyib. BMT Baş Assambleyasında çıxış edən prezident bildirib ki, Rusiya qonşu ölkələrə hücum ssenarisini məşq edir.
“Bu gün dünyanın diqqəti Şimali Koreya və başqa regionlara yönəlib. Ancaq şantaj və təcavüzün həmin metodları Ukraynada və NATO-Nun şərq sərhədlərində istifadə olunur. Baltikyanı ölkələr və Polşa sərhədlərində, hətta Arktikada keçirilən hücum xarakterli təlimlərində təxminən yüz min Rusiya hərbi qulluqçusu iştirak edir”, - o deyib.
Litva prezidenti hesab edir ki, təlimlər informasiya müharibəsinin bir hissəsidir və qorxunun yayılmasına yönəlib.
Həmçinin məlum olub ki, Rusiya nüvə silahını sınaqdan keçirməyi planlaşdırır. Polşanın müdafiə naziri Antoni Masereviç “TVP İnfo” telekanalın efirində bildirib ki, Rusiya-Belarus birgə təlimləri sentyabrın 20-dən sonra da davam edəcək və təlimlər zamanı nüvə silahının tətbiqi yerinə yetiriləcək.
“Təlimlər bu dəfə nüvə silahının tətbiqi ilə davam edəcək. Bu, təlimlərin proqramına daxil edilməmişdi”, - Polşa müdafiə idarəsinin rəhbəri vurğulayıb.
Masereviç xatırladıb ki, Rusiyanın hərbi doktrinası potensial rəqibə qabaqlayıcı nüvə zərbəsinin endirilməsi imkanını nəzərdə tutur.
Qeyd edək ki, “Qərb-2017” təlimləri bu gün başa çatmalıdır.
Ömər Dağlı

Загрузка...
Загрузка...