Psixoloq: “Cadu edənlər də, etdirənlər də xəstədirlər”

Baxış sayı: 
112
0  
0  

“Hər hansı ağır xəstəlik keçirən insana deyilən ilkin sözlərdən biri “sənə cadu edilib” olur. Cadu xalqımızın əksər hissəsinin çox inandığı, varlığını qəbul etdiyi bir məfhumdur”.
Bu sözləri psixoloq Aysel İsgəndərli Minval.info-ya ölkəmizdə geniş yayılan cadu ilə bağlı münasibət bildirərkən deyib.
Psixoloqun sözlərinə görə, bunun kökündə inanc durur və həlli olmayan, çarəsi tapılmayan məsələləri sırf caduya bağlayırlar. O bildirib ki, inanca bağlı olaraq insanlar qarşılarındakına cadu ilə təsir edə biləcəklərini düşünürlər: “Öncə onu qeyd edim ki, cadu edə biləcəyini iddia edən, xüsusi qüvvələrlə əlaqəsi olduğunu, müəyyən səslərlə danışdığını deyənlər psixiatrik problem yaşayan şəxslərdir.  Belə insanlara müraciət edənlər də həmçinin bundan əziyyət çəkənlərdir. Məsələn, şizofreniyadan əziyyət çəkən bir insan asanlıqla hər hansı qüvvəylə danışdığının, onunla müəyyən əlaqələr quraraq kimlərəsə təsir edə biləcəyini asanlıqla deyər ve qarşısındakını buna inandıra bilərlər”.
A.İsgəndərli qeyd edib ki, cadu edildiyini düşünən insan heç bir problemi olmadığı halda, bunu düşünməyə başladıqda öz-özünə təlqin ederək, özünə nə isə olacağına inanmağa bağlayır. Bununla həqiqətən də artıq müəyyən problemler yaranır. Yaranan bu güclü inanc, insanın öz psixikasına təsir etməyə başlayır və get-gedə məsələ böyüyür.
Mütəxxəssisin sözlərinə görə, son illər maarifləndirmənin aparılması nəticəsində artıq bir çox insan bunun psixoloji problem olduğunu anlayır: “Onlar psixoloqa və ya psixiatra müraciət etməyə başlayır. Ancaq yenə də maarifləndirmədən uzaq olan yerlərdə cadu ciddi inanc mənbəyidir”.
Din xadimlərinin sözlərinə görə isə İslam cadunun varlığını qəbul edir. Dini mənbələrdə cadu və tilsim daha çox sehr kimi qeyd olunub. İslamda cadu, tilsim, kahinlik kimi əməllər haram sayılır.
Samir Mirzə

Загрузка...
Загрузка...