Pərvizə "Survivor"da komanda yoldaşları XƏYANƏT ETDİLƏR - ŞOK PLAN - VİDEO

Baxış sayı: 
95
2  
1  

Kikboks üzrə 6 qat dünya çempionu Pərviz Abdullayevin "Survivor" macərası bu həftə başa çata bilər.

Turaninfo.org xəbər verir ki, belə ki, "Toxunulmazlıq oyunu"nda məğlub olan "Ünlülər"in yarısı adanı tərk etməyə namizəd kimi Pərvizin adını qeyd ediblər. Pərvizi zəif bənd görən komanda yoldaşlarının bu addımı tamaşaçılarla yanaşı "Survivor ekstra" ekspertlərini də şoka salıb. "Survivor"un ən güclü keçmiş qadın iştirakçılarından olan Səma komanda yoldaşlarının "Ünlülər"in ən güclü kişi iştirakçısı Pərvizin adını yazmağı "tələ", "xəyanət" adlandırıb. Verilişin digər ekspertləri də "Birləşmə partisi"nə bir həftə qalmış bunu azərbaycanlı iştirakçıya qarşı komanda yoldaşlarından arxadan vurulan zərbə kimi dəyərləndiriblər. 

Qeyd edək ki, gizli səsvermə zamanı "Ünlülər" adasına sonradan gələn Ezgi adlı qız iştirakçı ilə Pərvizin adı 4 dəfə çıxıb və beləliklə, hər ikisi adanı tərk etməyə namizəd olublar. Sabah səsvermənin nəticələri açıqlanacaq və ən çox SMS yığan birinci və ikinci yerdə olan iştirakçılar hərəsi daha bir komanda yoldaşının adını çəkmək məcburiyyətində qalacaqlar. Beləcə, sabah Pərviz Abdullayevin də getməyə namizəd olduğu "Survivor"u tərk edəcək şəxsin adı açıqlanacaq.

Milli.Az

 

 
Загрузка...
Загрузка...