​Proses yoxdursa, nəyi sürətləndirəcəklər? – Politoloqdan Rusiya XİN sözçüsünə cavab

Baxış sayı: 
51
1  
0  

 
"Rusiya XİN sözçüsü həmin açıqlama ilə bir tərəfdən danışıqların başlanmalı olduğuna işarə edir, digər tərəfdən isə sözügedən fikirləri Paşinyana xəbərdarlıq kimi də yozmaq olar. Ancaq Moskvanın bu məsələdə səmimi olduğuna inanmıram”.
 
 
Sfera.az-a açqılamasında bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovanın ATƏT-in Minsk Qrupunun həmsədrlərinin əsas vəzifəsi Dağlıq Qarabağ münaqişəsini tam həll etmək istiqamətində işi mümkün qədər tezləşdirməkdən ibarət olduğunu deməsinə münasibət bildirərkən politoloq Natiq Miri deyib:
 
 
 
"Ortada ciddi mənada müzakirə olunacaq hansısa plan yoxdur. Ortada olan Madrid prinsipləridir ki, detallar üzrə müzakirəyə gələndə Paşinyan hökuməti buna getmir. Onlar yalnız atəşkəsin qorunması və təhlükəsizlik məsələsi ətrafında müzakirələri daha çox uyğun bilirlər ki, bu da Azərbaycana qətiyyən sərf etmir. Çünki bu baş qatmaqdan baqşa bir şey deyil”.
 
 
Politoloq Rusiyanı səmimi olmamaqda qınadı: "Düşünürəm ki, Zaxarovanın bu açıqlaması sadəcə Rusiyanın Dağlıq Qarabağ problemini həll etmək istəyilə bağlı deyil. Kreml məsələni həll etmiş olsaydı, sözün həqiqi mənasnda qolunu çırmalayar, ortaya konkret çözüm planı qoyar və hər iki dövlət rəhbərlərinin yeni görüşlərini təmin etməklə müzakirəni başladar. İndilikdə isə bunları müşahidə etmirik. Belə olan təqdirdə, Rusiya rəsmilərinin Qarabağ probleminin həllinin sürətləndirilməsi fikirləri sadəcə söz xatirinə deyilən və münaqişənin hərbi yolla çözümünün qarşısını almağa hesablanmış addımdan başqa bir şey deyil. Çünki ortalıqda proses yoxdur. Bunu xarici işlər naziri Elmar Məmmədyarov da açıq etiraf edib. Proses yoxdursa, onun nəyini sürətləndirmək lazımdır?”.
 
 
 
 
 
Elçin
 
Sfera.az

Загрузка...
Загрузка...