Prokuror avtomobili ilə dəhşətli qəza törətdi, 8 yaşlı qızı öldü - FOTO
11-11-2019 11:57
Baxış sayı:
76

Türkiyənin Samsun şəhərində yol-nəqliyyat hadisəsi baş verib.
Publika.az xəbər verir ki, Çərşənbə rayonunda respublika prokuroru Ümid Yılmazın idarə etdiyi avtomobil başqa minik maşını ilə toqquşub. Daha sonra prokurorun avtomobili yanmağa başlayıb.
Hadisə nəticəsində 1 nəfər ölüb, 8 nəfər yaralanıb. Ölən şəxs maşının içində sıxışıb qalan Yılmazın 8 yaşlı qızıdır.
Qəzanın səbəbi bəlli deyil.