“Prezidentlə bağlı yazıların arxasında bəzi məmurlar dayanır” – Keşmiş deputat

Baxış sayı: 
43
1  
0  

 
“Bəzi nazirlər, komitə sədrləri, dövlət şirkətinin rəhbrələri hərəsi bir media orqanı yaradır və həmin media orqanları məmurların bir-birinə qarşı mübarizəsində poliqona çevrilir”.
Bu sözləri Yenisabah.az-a keçmiş deputat, Naftalanın icra başçısı olmuş, YAP Siyasi Şurasının üzvü Musa Musayev deyib. O, bildirib ki, ölkə başçısı İlham Əliyev oktyabrın 15-də keçirdiyi iqtisadi müşavirədə bəzi məmurların islahatlara mane olması, iqtidar nümayəndələri arasında media üzərindən kompromat savaşının aparılması barədə söylədikləri birmənalı həqiqətdir.
 
“Mən hələ 2000-2005-ci illərdə deputat olan zaman bu məslələrə barədə Milli Məclisdə çıxış etmişəm. Bildirmişəm ki, bəzi media orqanlarında, Ulu Öndər Heydər Əliyev və onun ailəsi, o cümlədən Prezident İlham Əliyev haqqında gedən təhqir notları ilə zəngin məqalələrin arxasında iqtidardakı bəzi məmurlar dayanır. Mən hətta o zaman bu məsələ ilə əlaqədar Mətbuat Şurasının sədri Əflatun Amaşova da müraciət etmişdim”, - deyə keçmiş deputat vurğulayıb.
 
Musa Musayevin sözlərinə görə, qara niyyətlərindən əl çəkməyənlər yenə də iş başındadırlar və bu gün ölkə başçısı, onun təyin etdiyi yeni kadrlar haqqında yerli və bəzi hallarda beynəlxalq media qurumlarına materiallar ötürürlər. “Bütün bunların kökündə o adamların neqativ əməlləri dayanır. Onlar bilirlər ki, artıq sonları çatıb. Bilirlər ki, vəzifədən gedəndən sonra bütün əməlləri üzə çıxacaq. Ona görə də bu cür işlərlə diqqəti özlərindən yayındırmağa, həmçinin təmiz kadrları da ləkələməyə çalışırlar”, - deyə Musa Musayev bildirib.
 
O qeyd edib ki, əslində məmurlar bu əməllərilə ölkə başçısına xəyanət edirlər: “Prezidentin təyin etdiyi cavan, kifayət qədər savadlı kadrları ləkələmək, onların işinə kölgə salmaq Prezidentə xəyanət deyil bəs nədir? Bu, həm də xalqı hakimiyyətin üzərinə qaldırmaqdır. Halbuki Prezident bir neşə ildir ki, islahatlara start verib. Bu istiqamətdə ciddi işlər aparılır. Amma öz karyeralarından narahat olanlar şəxsi maraqları naminə bütün bu işlərə kölgə salmağa çalışır.
 
Mən prezidentin də çıxışından bu qənaətə gəldim ki, iqtidarın daxilində xəyanətkarlar var. Ona görə də kənarda düşmən axtarmaq lazım deyil, xəyanətkarlar iqtidarın daxilindədir”.
 
Yenisabah.az

Загрузка...
Загрузка...