Prezidentin təltif etdiyi Fərzəlibəyov kimdir? - DOSYE

Baxış sayı: 
27
1  
0  

Xalq artisti Mərahim Fərzəlibəyov teatr sənətinin inkişafında xidmətlərinə görə “Şöhrət” ordeni ilə təltif edilib.
 
Axar.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb.
 
Qeyd edək ki, Mərahim Fərzəlibəyov 26 iyun 1949-cu ildə Bakıda anadan olub.
 
Teatr sənətinin inkişafında göstərdiyi xidmətlərə, rejissorluqda qazandığı nailiyyətlərə görə 1 dekabr 1982-ci ildə Azərbaycan Respublikasının əməkdar artisti, 28 oktyabr 2000-ci ildə isə xalq artisti fəxri adları ilə təltif olunub.
 
12 yanvar 2006-cı ildə, Respublika Mədəniyyət Nazirliyinin əmri ilə Akademik Milli Dram Teatrına baş rejissor təyin olunub. 12 may 2010-cu ildə öz xahişi ilə teatrın baş rejissoru vəzifəsindən azad edilib.

Загрузка...
Загрузка...