​Prezidentin çıxışındakı üç mühüm məqam

Baxış sayı: 
137
1  
0  

Bu axmaq erməni hakimiyyəti hələ də anlamır ki, nə 28 il əvvəlki təklənmiş xalq var, nə Azərbaycan 1992-93-cü illərdəki ölkədir...
Bu səhər Prezident İlham Əliyevin xalqa növbəti müraciəti yayımlandı və əlamətdar xəbərlər, mesajlar, xəbərdarlıqlarla zəngin oldu.
 
Ali Baş Komandanın müraciətində xüsusilə üç məqam diqqət çəkir: Gəncəyə növbəti xain hücumun məqsədi, Ermənistanın silahlandırılması, Ordumuzun cəbhədə uğurlu əməliyyatlarının davam etməsi.
 
Aydındır ki, Gəncəyə növbəti xain hücumun məqsədi xalqımızın iradəsini zədələməyə yönəlib ki, düşmən buna nail ola bilmir. Ermənilər birinci Qarabağ müharibəsində mülki əhalini hədəf alaraq alçaq planlarını gerçəkləşdirə bilmişdilər. Özbaşınalıq və hakimiyyət boşluğu nəticəsində yerli əhali ev-eşiyini tərk etməyə məcbur edilirdi. Mülki əhali çıxdıqdan sonra isə döyüşən qüvvələrin vahid komandalığının olmaması səbəbindən, ciddi itkilərimizə baxmayaraq, torpaqlarımız bir-birinin ardınca işğal edilirdi.
 
Amma indi təkcə Gəncəyə deyil, cəbhəboyu rayonlarımıza indiyədək minlərlə top mərmisi atılsa da, mülki əhali arasında həlak olanlar olsa da, xalq öz ev-eşiyini tərk etmir, dövlətə və Ordumuza güvənərək hərbi əməliyyatlara hər cür dəstək verir. Ermənistan rəhbərliyini dəliyə döndərən, olmayan ağlını başından alan əsas səbəb budur. Onlar bəlkə də gözləmirdilər ki, Azərbaycan xalqı bir nəfər kimi Ali Baş Komandanın ətrafında birləşərək heç bir itkiyə, mərhumiyyətlərə baxmayaraq, Ordumuzun hərbi əməliyyatları davam etdirilməsini istəyəcəklər. Prezident çıxışında Ermənistan rəhbərliyinin bu cinayətlərinin məhz xalqın iradəsini zəiflətməyə yönəldiyini, amma buna heç vaxt nail olmayacaqlarını vurğuladı.
 
 
 
Bu teraktlar, mülki əhalinin, uşaqların qətlə yetirilməsi əlbəttə ki, həm də Prezidentin iradəsinin sınağa çəkilməsidir. Hərb meydanında uduzan düşmən mülki əhalini hədəfə almaqla Prezidentin iradəsinə təsir etmək məqsədi də güdür ki, dövlət başçısının son çıxışında da göründüyü kimi, Ali Baş Komandan işğalçıya güzəşt edilməyəcəyini, düşmənin “iti qovan kimi” torpaqlarımızdan çıxarılacağını bir daha təkrar etdi. Dövlət başçısı "istənilən yolla torpağı alacağıq, hər kəs bunu bilsin!" deyə, yenə qətiyyətli mövqe ortaya qoydu. Bu birlik müharibədə ən mühüm amildir və dövlət başçısının xalqa güvənərək hər dəfə bu cür qəti mövqe ortaya qoyması Ordumuzun qələbə əzmini daha da yüksəldir. Bu axmaq erməni hakimiyyəti isə hələ də anlamır ki, nə o 28 il əvvəlki təklənmiş xalq var, nə Azərbaycan 1992-93-cü illərdəki ölkədir.
 
Bu çıxış Ermənistanı dəstəkləyən dövlətlərin və “ədalət çarçısı” kimi özünü gözə soxan beynəlxalq qurumların rəhbərlərinin yatmış vicdanlarına səslənişdir...
 
 
Prezidentin müraciətində ikinci mühüm məqam Ermənistanın silahlandırılmasıdır. Prezident konkret rəqəmlərlə Ordumuzun Ermənistanın hərbi potensialına ciddi zərbə vurduğunu dedi. Xüsusi olaraq isə “ac Ermənistanın” bu silah-sursata necə sahib olduğunu və bu faşist rejiminin qaçaq yollarla hələ də silahlandırıldığını vurğuladı. Dövlət başçısı məhz həmin qüvvələrə də mesaj göndərdi. “Ermənistanın hərbi texniki potensialını sıradan çıxarmışıq. Bu qədər silah Ermənistanda hardandır. Ermənistan bankrot ölkədir. Ölkənin xarici borcu ümumi daxili məhsulun 60-70 faizini təşkil edir. Hansı pulla bu texnika alınır. Bu vaxta kimi məhv edilmiş texnikanın sayı aşağısı 2 milyard dollar səviyyəsindədir. Ancaq hələ də bunların texnikası qalıb. Həm işğal edilmiş, həm də Ermənistan ərazisində. Sual olunur? Kim onları silahlandırır? Bizə qarşı iradlar olunur ki, biz silahlanırıq, silah alırıq və bu, vəziyyəti gərginləşdirə bilər, vəziyyəti məqbul olmayan məcraya istiqamətləndirə bilər. Ancaq sual olunur: bəs bu kasıb, yoxsul ölkədə bu qədər silah, texnika hardandır? Bu gün də onlara qaçaq yolla silah, texnika göndərilir. Bu suallara cavab istəyirik" deyə, Prezident bildirdi.
 
 
 
Yada salaq ki, Prezident artıq bir neçə dəfə bu məsələni gündəmə gətirib. Bugünki çıxışında yenidən silahlanma məsələsinə qayıdılması əslində həm də həmin qüvvələrin mülki əhaliyə qarşı cinayətlərə şərik olduğunu xatırlatmaqdır. Dövlət başçısı son müsahibələrində bu silahların hansı yollarla, hətta hansı təyyarə ilə Ermənistana daşındığını açıqlamışdı. “Biz bu suallara cavab istəyirik” deməklə, Prezident bu məsələnin sonunadək araşdırılacağı mesajını vermiş oldu.
 
Dövlət başçısı silahlanma konteksində dünya ictimaiyyətinə çağırışı etdi, Ermənistanın etdiyi cinayətlərə görə cəzasız qalmayacağını söylədi: “Bu, insanlığa qarşı cinayətdir və əgər beynəlxalq birlik Ermənistanı törədilmiş cinayətlərə görə məsuliyyətə cəlb etmək istəmirsə-necə ki, Xocalı soyqırımına görə heç kim onları məsuliyyətə cəlb etməyib- biz özümüz onları məsuliyyətə cəlb edəcəyik. Biz özümüz onların cəzasını verəcəyik. Özümüz onları cəzalandıracağıq və bizim cəzamız ədalətli cəza olacaq. Onlar ən ağır cəzaya layiqdir. Ermənistanın hərbi-siyasi rəhbərliyi cinayətkarlardır və biz bu cinayətkarları cəzalandıracağıq”. Bu çıxış Ermənistanı dəstəkləyən dövlətlərin və “ədalət çarçısı” kimi özünü gözə soxan beynəlxalq qurumların rəhbərlərinin yatmış vicdanlarına səslənişdir. Gəncə terrorunda həlak olmuş qan içində olan o uşaqların fotolarını görəndə utanacaqlarmı? Çətin...
 
Prezidentin çıxışında əsas ana xətt əlbəttə ki, Ordumuzun cəbhədə uğurlu əməliyyatları barədə oldu. Ali Baş Komandan Füzuli şəhərinin düşmən tapdağından azad edilməsini Ordumuzun rəşadəti və hərb tarixinin kitablara düşəcəyini dedi. Dövlət başçısı bildirdi ki, ölkəmizin ərazi bütövlüyünü bərpa edirik və bərpa edəcəyik: “Füzuli uğrunda döyüşlər ağır döyüşlərdi. Vaxt keçəcək bu döyüşlər haqqında kitablar yazılacaq, əsərlər yazılacaq. Bu, doğrudan da çox böyük peşəkarlıq, məharət, şücaət, fədakarlıq tələb edən döyüşlərdi. Çünki bu 30 il ərzində düşmən təmas xəttində o qədər möhkəm istehkam qurmuşdu ki, bəziləri hesab edirdi ki, Füzuli şəhərini işğaldan azad etmək mümkün deyil və hətta ən tanınmış hərbi mütəxəssislər də belə fikirdə idi ki, Füzulini götürmək, onu işğaldan azad etməyə bəlkə aylarla vaxt lazım olacaq və bu əməliyyat uğurla nəticələnəcək-nəticələnməyəcək hələ böyük sual altında idi. Ancaq müzəffər Azərbaycan Ordusu bu şərəfli missiyanın öhdəsindən gələ bildi və qısa müddət ərzində Füzuli rayonunun əksər kəndləri və Füzuli şəhəri düşmənin tapdağından azad edildi”.
 
Azərbaycan Ordusunun işğaldan azad etdiyi ərazilər - Tam siyahı
 
Prezident Ordumuzun bütün torpaqları işğaldan azad etmək gücündə olduğunu və Ermənistana şərtini xatırlatdı: “Bu gün müzəffər Azərbaycan Ordusu öz məqsədinə çatır və çatacaq. Bizim ərazi bütövlüyümüz bərpa edilir və ediləcək".
 
Daha bir sitat: “Bir daha Ermənistanın faşist rəhbərliyinə xəbərdarlıq edirəm ki, öz xoşuyla qalan torpaqlardan çıxsın. Onsuz da biz onları ordan rədd edəcəyik. Onsuz da onların izi-tozu da o torpaqlarda qalmayacaq. Onsuz da onları biz sona qədər qovub, torpağımızdan rədd edəcəyik. Öz xoşuyla getsin”.
 
Prezidentin Gəncə terrorundan bir neçə saat sonra xalqla təması gecənin gətirdiyi ağır əhval-ruhiyyəni dəyişdi. Bu müraciət bir daha göstərdi ki, həm xalq, həm ordumuz, həm də Ali Baş Komandan Vətən müharibəsini qələbə ilə yekunlaşdırmaq əzmindədir. Ən mühüm nəticə həm də budur...

Загрузка...
Загрузка...