Prezidentə şikayət məktubu-Keçmiş siyasi məhbusdan

Baxış sayı: 
57
2  
0  

 
 
Azərbaycan Respublikasının prezidenti, cənab İ.Əliyevə
 
Surəti: Birinci Vitse Prezident xanım Mehriban Əliyeva cənablarına
 
Surəti: Baş nazir cənab N.Məmmədova
 
Surəti: Vergilər naziri cənab M.Cabbarova
 
Surəti: Səhiyyə naziri cənab O.Şirəliyevə
 
Surəti: Ekologiya və Təbii Sərvətlər Naziri cənab M.Babayevə
 
ADP İmişli RT-nin sədri, jurnalist keçmiş siyasi məhbus, ali təhsilli 61 yaşlı Məhbub Əvəz oğlu Zülfüqarov tərəfindən
 
ƏRİZƏ!
 
Cənab Prezident!
Əgər bu nazirlər Heydər Əliyevi dildə deyil, ürəkdən umummilli lider hesab edirlərsə bu faktları araşdıracaqlar. Vergilər  naziri hörmət bəslədiyim Mikayıl Cabbarovun məmurları üç aydır ki, konyak-spirt zavodda yoxlama aparır. M.Cabbarov 05.12.2018-ci il, nazir təyin olunub, 06.12.2018-ci il mən həbsdən çıxmışam. 15.02.2018-ci il xüsusi teleqramla nazrilikdə qəbul olunub, dinlənmişəm. Amma digər nazirlər haqqında məktub və şikayətlərə baxmamaları, əhalini mənimlə yanaşı dövlətdən narazı salıb, şikayətlər, şikayətçilərin əleyhinə çevrilib ki, gec –tez ifşa olunur.
İmişlinin parklarını, örüş sahələrini, meşə massivlərini qanuniləşdirib özəlləşdirənlər qədər İmişlilərin nifrəti zaman-zaman mətbuatda işıqlandırmışam, H.Əliyevin adına olan parkı İsayev Tofiq, MRX-nın qarşısındakı parkı Aslan Manafov örüş sahəsində, böyük 20 hektarlıq bazar massivi tikdirən Yasəf Hüseyinov tikinti kralları, imişlinin böyük ərazilərini isə oliqarx-məmur-biznesmen S.səmədov və s. adlarını çəkmədiklərim özəlləşdirib, əhalinin nifrətini qazanıblar.  Məni siyasi məhbusa çevirən isə, birləşmiş oliqarxların qabağa saldığı, 8-ci sinifdən gecə məktəbində oxuyan, indi isə konyak zavod, “Kral” şadlıq çay evləri, mağaza-marketlərinin sayı bilinməyən, Bakıda, İmişlidə çox saylı villaları olan məmur-biznesmen Saleh Səmədov olub. İndi, məni dövlətə, hökümətə düşmən kimi tanıdıb. yenidən oyuna salmaq istəyənlərə sual verirəmi “ kimdir düşmən?”
Bəndəniz aşağı təbəqənin dərdini işıqlandırması oliqarxları çoxdan güdükdə qoymuşdu.
Şəhid anası Şəkər Həmidovanı təhqir edən S.Səmədovu tənqid etmiş, faktlarını sadalamışdım. Əgər şikayətlərim araşdırılsa idi həbsə düşən mən yox, S.Səmədov ola bilərdi. Bütün 6-7 İmişli oliqarxların, tikinti krallarının ağsaqqalı deputat-biznesmen Əsabil Qasımovdur.
İmişlinin məhkəmə sədri Q.Hacıyevi , prokuroru camaat S.Səmədovun avtomobilində tez-tez görürlər. Dəfələrlə mətbuatda çıxış etdim.
Məhkəmədə Ş.Həmidova (şəhid anası) etiraf etmişdi ki, S.Səmədov mənə böyük məbləğ pul təklif etdmişdi ki, Məhbub bəyin üzünə durum, ağır cavab vermişəm – dedi. Bu ay, Space tv-də jurnalist-aparıcı Aqil Xəlil, konyak zavodda Almaz adlı 49 yaşlı, müqaviləsiz işləmiş xanım öldürüldüyünü açıqladı. Ölüm hadisəsini hüquq mühafizə, eləcə də, Baş həkim gizlədib, ürək tutmasından ölüb arayışını veriblərmiş, çünki, S.Səmədovun qardaşından biri Sahib Səmədov İmişli RPŞ-də müavin, Baş həkim isə Saleh Səmədovun bibisi oğludur. Əsabil Qasımovun əmi oğlu tikinti kralı Əvəz Şükürovun qohumu olan Eynulla Qasımovu bir il əvvəl, İmişliyə adi həkim kimi gətirənlərin iç-üzünü aqil şəxslər görübmüş. Açıq deyilirdi ki, Eynulla Qasımov Baş həkim kimi İmişliyə ayaq açıb.
Səhiyyə naziri O.Şirəliyevə sual verirəm. Niyə Fərqlənmə diplomlu, gənc ziyalı həkim, Qarabağ müharibəsi veteranı, sifətinin həyasından insanların utandığı baş həkim Cəsur Paşayevi, İmişliyə bir il gəldiyi olmayan, oliqarxların qohumu Eynulla Qasımovu baş həkim təyin etməklə, həkimliyə kölgə saldınız.
Eynulla Qasımov Tibb Universitetinin müəllimi olub, qovulub, Çindən ayaqqabı biznesi ilə, Bakıda çox saylı aptekləri ilə, çox saylı inomarka avtomobili ilə ad çıxarıb. Space Tv aparıcısı Aqil Xəlilə təşəkkür etdi sadə İmişlililər, mərhum Almaz xanımın həyat yoldaşı Qarabağ əlilidir. Respublikanın müxtəlif instansiyalarına müraciət etsə də cəzalanan yoxdur.
İmişlilər gördü ki, S.Səmədov jurnalist siyasətçi tutdurub deyə, bu qabiliyyətdə olan birindən ehtiyat etsədə, artıq ölüm hadisəsi S.Səmədova baş ağrısı verməyə başlayıb. Almaz xanım Qarabağ əlilinin həyat yoldaşı ehtiyac ucbatından S.Səmədovun razılığı ilə müqaviləsiz işləyib. Mən yazmışdım ki,  S.Səmədov sok zavodunda işləyən qadınları bu adam təhqir etməkdən çəkinmir. Məhkəməyə özü gələn adam tələb etdi ki, “qadının birini prosesə çağır”  Nə mən çağıran deyildim nə də işdən qovulmaq təhlükəsi qadınları məhkəməyə gəlməyə əngəlləyirdi. Əgər vaxtında cəzalansa idi, “dur” deyəni olsa idi, heç belə “Besperedel” hadisələr də baş verməzdi. İdarəsində isə bir ildə 3 rəis dəyişib parnikində isə 5 –ni dəyişib doğma qardaşının biri həbsxanadadır, öz qardaşına rəhm etməyən birindən, yaxşı nə gözləmək olar? adam nəyi istəyir onu edir, təhlükəli deyilmi? Məhkəmə prosesində başçını, I müavini, hüquq şöbə müdirini təhqir etdi ki, “onları məhkəməyə gətir, səni əff edim” –deyəndə, əff Allaha, prezidentə məxsusdur” –cavabını vermişdim.
Ötən il 04 iyun 2018-ci il, prezidentə, baş nazir, ekologiya, FHN və s. nazirlərə İmişlilərin problemi barədə yazım getmiş, surətlərini isə nazirlərə göndərmişdim. Baş nazirin təqdimatından sonra Ekologiya naziri iki cavan oğlanı İmişliyə faktları “araşdırmağa” göndərmişdi. Sual verdim ki, axı sizin nazirində adına xərc çəkib məktub göndərmişəm, niyə Sizdə yoxdur? cavab verdilər ki- yoxdur. Keçmiş nazirin adamları gizlədibmiş.
Gələnlər bildirdilər ki, konyak zavodun faktları təsdiq olunmadı. Bütün İmişlilərin  dərdini yazmışdım, 461 nəfər S.Səmədovdan şikayət edir, Siz cavanlar nə qədər almısınız? – dedim.
Niyə karxanalar, örüş sahələri eləcə də parklar barədə kəlmədə, danışmırsız?  sualıma onlar bizim səlahiyyətimizdə deyil ! – dedilər. Bildirirəm ki, ya siz keçmiş nazirin adamlarısız , H.Bağırovun ölənlərinə rəhmət oxutdurmaq fikriniz var, ya da təzə nazir yerində deyil, Ondan nəsə gözləmək ona bir daha şikayət etmək günah olar, nazir kimidə insan kimi də, vergilər naziri Mikayıl Cabbarovdan naziriniz, ya nümunə götürsün, ya da etiraf etsin ki, mən H.Bağırovun atasına bilərəkdən rəhmət oxuduram. Təzə ekologiya naziri M.Babayevə 10-la İmişli şikayət etsə də, cavabsızdır. Elə faktları eşidirəm ki, “qorxuram”. Bu nazirlikdən “gördüyüm” üçün, düz bir il nə mətbuata çıxdım nə də şikayət etməyin mənasızlığını gördüm. Xəstələndirildim. Baş həkimin , sağ əlinin  “müalicəsi” ilə 8 ay yorğan xəstəsi oldum.  Deyib gülürlərmiş ki, həbsdən çıxdı, amma xəstəlikdən qalxa bilməyəcək.  bayram ediblərmiş, həbs etdirəndə də bayram keçiriblər.
Hətta, başçıdan kömək, yardım istədim ”öldüyə” sayıb o da axı Saleh Səmədovun bayramını niyə kölgəli etməli imiş?
Belə məmur oliqarx, quldarları olan ölkədə yaşamaq günah deyilmi? yoxsa mərhum anam günah edib, məni bu ölkədə doğubmuş?? Hansına zəng etdimsə “dövlərin düşmənidir” deyə “adboy” verirdilər.
Bu adamlara “bombaçı şabanı” xatırladıram. H.Əliyev Naxçıvanda olanda ona da, çox narazı salmışdılar, nəticəsi bəllidir. Hamısı cəzasını aldı.
Cənab prezident!
Orta, ali məktəbləri yüksək qiymətlərlə bitirmişəm, sovet dövrü baş iqtisadçı işləmişəm. Əsabil Qasımov,  Hacı Tofiq İsayev mənə hesabat veriblər, Saleh Səmədov 8-ci sinifə qədər “oxuyub” taleyin ironiyasıdır. “Süprut” deyilmi? Qisas hissindən uzaq biriyəm. Amma məni həbs etdirənlər Kəlbi Kəhəri xatırlasınlar.
İmişlidə 10-a qədər, möhtəşəm şadlıq sarayları var, “Elçin” şadlıq sarayı, “Nərgizim” və s. 5 saatlıq toyu 2000-2700 manata arendaya verirlər. Oliqarxların adamları olan saray sahibləri də, az qala oliqarxa çevrilir DSMF və Vergi araşdırsın.
İşıq idarə rəisi CanƏhməd, 4 ildir, İmişlidə at oynadır, dağıstanlıdır, kirayə evdə yox “Nərgizim” şadlıq sarayının 5 mərtəbəli otelində qalır- mesaj, həm də vergiyə və Azərİşığadır. DSMF mənim bir yaxınımı, məni öldüyə sananın biri 930 manat cərimə ediblər. Oliqarxların pisliklərini tumarla, arxasıza qənim ol, jurnalistə pislik et- inanıram ki, bu cavabsız qalmaz.
Xahiş edirəm ya məni bu ölkədən mühacirətə getməyə yardımçı olmağa göstəriş verin. Səfirlərə müraciət etməyi hələ ki, lazım bilmirəm.
Hörmətlə.
 
İmza:                             Məhbub Əvəz oğlu Zülfüqarlı
 
15.07.2019
 
Tel: 070-277-87-27


 

Загрузка...
Загрузка...