​Prezident onları ƏFV ETDİ

Baxış sayı: 
143
1  
0  

İraqda 2,6 min məhbus azad edilib.
 
Publika.az xəbər verir ki, İraq Ali Məhkəmə Şurası nümayişlər zamanı həbs edilən 2626 şəxsin azadlığa buraxılması barədə məlumat yayıb:
 
"Əvvəlki kimi 181 nəfərə qarşı isə istintaq davam edir".
 
Qeyd edək ki, İraqda etirazlar oktyabrın əvvəlində başlayıb. Onlar hökumətin istefasını, işsizlik və korrupsiya ilə mübarizə aparılmasını tələb edirlər.
 
Toqquşmalar nəticəsində 400-dən çox etirazçı ölüb, 50 mindən çoxu xəsarət alıb. Bu, 2003-cü ildən bəri keçirilən ən irimiqyaslı etirazdır.

Загрузка...
Загрузка...