Prezident Masallıya 3 milyon ayırdı - SƏRƏNCAM

Baxış sayı: 
50
2  
0  
Prezident İlham Əliyev Masallı şəhərində yeni infrastruktur layihələrinin həyata keçirilməsi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. 
 
Turaninfo.org xəbər verir ki,AZXEBER.COM-un məlumatına görə, sərəncamda bildirilir ki, Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı dövlət proqramlarının icrası nəticəsində Masallı rayonunda bir sıra mühüm tədbirlər həyata keçirilmiş, sənaye məhsulunun həcmi 11,2 dəfə, əsas kapitala yönəldilən vəsait 45,0 dəfə, o cümlədən tikinti-quraşdırma işlərinə investisiya 45,5 dəfə artmış, Olimpiya İdman Kompleksi, ”ASAN həyat” Kompleksi, Bayraq Meydanı və Dövlət Rəmzləri Muzeyi, Tarix-Diyarşünaslıq Muzeyi, Gənclər Mərkəzi, Uşaq-İncəsənət Məktəbi, Regional Boks və Taekvondo mərkəzləri, əlil və şəhid ailələri üçün ümumilikdə 76 mənzilli 3 yaşayış binası inşa edilmiş, Rayon Mərkəzi Xəstəxanası, Mədəniyyət Mərkəzi əsaslı təmir olunmuş, 47 ümumtəhsil müəssisəsi istifadəyə verilmişdir. Bundan başqa, Masallı şəhərinin içməli su təchizatı sistemi yenidən qurulmuş, 110/35/10 kV-luq "Tüklə” elektrik yarımstansiyası istismara verilmiş, Masallı Sənaye Məhəlləsi, iri istehsal və emal müəssisələri yaradılmış, 28 mindən çox yeni iş yeri açılmış, yol-nəqliyyat infrastrukturu yaxşılaşdırılmış, genişmiqyaslı abadlıq-quruculuq işləri görülmüşdür.
 
 
Sərəncamla Masallı şəhərində abadlıq-quruculuq işlərini davam etdirmək, o cümlədən 10 küçədə əsaslı yenidənqurma işləri aparmaq üçün Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Masallı Rayon İcra Hakimiyyətinə 3 milyon manat ayrılıb.
 
Загрузка...
Загрузка...