Prezident bu şəxslərə hərbi rütbə verdi - 2 sərəncam

Baxış sayı: 
135
0  
0  

Prezident İlham Əliyev A.Y.Rəhimovun 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
 
Axar.az xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.
 
Sərəncamda qeyd edilir: Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:
 
Azərbaycan dövlətçiliyinə sadiqlik göstərərək vəzifə borcunu ləyaqətlə və yüksək peşəkarlıqla yerinə yetirdiyinə görə Arzu Yusif oğlu Rəhimov 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilsin.
 
***
 
İlham Əliyev Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin hərbi qulluqçularının təltif edilməsi haqqında sərəncam imzalayıb.
 
Sərəncamda deyilir: Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:
 
Xidməti vəzifələrini və qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiklərinə görə Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin aşağıdakı hərbi qulluqçuları təltif edilsinlər:
 
3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə
 
Salmanov Səxavət İbrahim oğlu – general-mayor
 
Əliyev Azad Hüseyn oğlu – polkovnik
 
“Hərbi xidmətlərə görə” medalı ilə
 
Qarayev Natiq Sahib oğlu – polkovnik
 
Hüseynov Anar Rövşən oğlu – polkovnik-leytenant
 
Hüseynov Fuad Qəşəm oğlu – polkovnik-leytenant
 
Mirzəyev Vüqar Mirzə oğlu – polkovnik-leytenant
 
Zamanov Sultan Valeh oğlu – polkovnik-leytenant
 
Abbasov Elşən Kamran oğlu – mayor
 
Ağayev Rahim Əlifağa oğlu – mayor
 
Cəfərov Elməddin Qulu oğlu – mayor.
 
***
 
İlham Əliyev “Azərbaycan Respublikasında çayçılığın inkişafına dair 2018–2027-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb.
 
Sərəncamda qeyd edilir: Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 3-cü bəndini rəhbər tutaraq, çayçılığın inkişaf etdirilməsi, çay məhsullarına tələbatın yerli istehsal hesabına təmin olunması, çayçılığın ixrac potensialının artırılması, kənd əhalisinin məşğulluğunun və maddi rifahının yüksəldilməsi məqsədi ilə qərara alıram:
 
1. “Azərbaycan Respublikasında çayçılığın inkişafına dair 2018–2027-ci illər üçün Dövlət Proqramı” təsdiq edilsin (əlavə olunur).
 
2. Bu Sərəncamın 1-ci hissəsi ilə təsdiq edilmiş Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin maliyyələşdirilməsi məqsədi ilə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi hər il, müvafiq olaraq, dövlət büdcəsinin və dövlət investisiya proqramlarının tərtibi prosesində maliyyə vəsaitinin nəzərdə tutulması üçün zəruri tədbirlər görsünlər.
 
3. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin həyata keçirilməsini əlaqələndirsin və Dövlət Proqramının icrasının gedişi barədə ildə bir dəfə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin.

 
4. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin

Загрузка...
Загрузка...