Prezident Aparatı “əməkdaşı”nın 30 MİN DOLLARLIQ DƏLƏDUZLUĞU

Baxış sayı: 
92
1  
0  

Bakı şəhər sakini Bəhlul Xəlilov dostu Böyükağa Şükürov və yüksək vəzifəli dövlət məmuru olduğu iddia edilən Azad Məmmədli tərəfindən necə aldadılıb…

Bakı şəhəri, Xətai rayonu, Naximov küçəsi ev 43C ünvanında yaşayan Xəlilov Bəhlul Abdulla oğlunun 30 min ABŞ dolları məbləğində vəsaiti dələduzluq yolu ilə ələ keçirilib. Zərəçəkən 9 ildir – 2009-cu ildən etibarən öz pulunu qaytarmaq, ona qarşı dələduzluq edən şəxslərin hüquq çərçivəsində cəzalandırılması üçün demək olar ki, bütün rəsmi qurumların qapısını döysə və ölkə rəhbərliyinə dəfələrlə şikayət etsə də, hələ də problemini həll edə bilmir.

Dostunun Prezident Aparatında “işləyən” tanışı

Turaninfo.org xəbər verir ki,Bütün bunlarla bağlı “Hürriyyət”in əməkdaşına Bəhlul Xəlilovun özü məlumat verib. Onun sözlərinə görə, pulunu əvvəllər dostluq etdiyi əslən ağdamlı olan, Bakı şəhər sakini Şükürov Böyükağa Böyükkişi oğlu və onun oğlu Şükürov Faiq Böyükağa oğlu “atıblar”. Deyir ki, 2009-cu ildə keçmiş dostu Şükürov Böyükağanın evində olarkən Məmmədli Azad Əliqulu oğlu adlı bir şəxslə tanış olub. Həmin vaxt Azad Məmmədlinin Prezident Aparatının yüksək vəzifəli məmuru olduğu bildirilib. Söhbət zamanı məlum olub ki, A.Məmmədli B.Şükürovun oğlunu hansısa işə düzəldəcək. Bunun üçün qarşı tərəfə külli miqdarda vəsait də söz verilib.

Qaynını işə düzəltmək lazım olur...

B.Xəlilovun dediyinə görə, həmin gündən sonra dostu B.Şükürovla görüşdükdə, o, hər dəfə Prezident Aparatında çalışdığı bildirilən A.Məmmədli haqqında ağızdolsu danışıb, onun hakimiyyət dairələrində çox böyük hörmət sahibi olduğunu, əlinin hər bir işə girdiyini bildirib. Bu hadisədən sonra Bəhlul Xəlilov bir dəfə qaynatsının evində olarkən ailə üzvləri arasında qaynının işə düzəldilməsinin vacib olduğu haqda söhbət gedib. Həmin vaxt B.Xəlilovun yadına dostu Böyükağa Şükürovun Prezident Aparatında işlədiyi iddia olunan tanışı Azad Məmmədli düşüb. O, qaynatasına deyib ki, Prezident Aparatında bir nəfər var, onunla danışıb, qaynını işə düzəldə bilər. Təbii olaraq, bu işin müəyyən qədər vəsait tələb etdiyini də qaynatasının diqqətinə çatdırıb. Onun razılığını aldıqdan sonra B.Xəlilov dostu B.Şükürovun vasitəsilə A.Məmmədli ilə görüşüb. Məsələ ilə bağlı ona ətraflı məlumat verdikdən sonra o, Bəhlul Xəlilova qaynını ixtisasına uyğun olaraq Vergilər Nazirliyində işə düzəldə biləcəyini deyib və konkret olaraq bir neçə vəzifə də təklif edib.

30 min dollar müqabilində təhqiqtçı işi

B.Xəlilov bu anlaşma və Prezident Aparatı “əməkdaşı”nın təklif etdiyi vəzifələrlə bağlı həmin gün qaynatasına məlumat verib. Ailədə aparılan məsləhətləşmələr nəticəsində belə qərara gəlinib ki, başlanğıc olaraq ən az pul tələb edilən işi seçsinlər. Odur ki, ailənin kürəkəni – B.Xəlilov dostunun Prezident Aparatında çalışdığını güman etdiyi tanışına 30 min dollar müqabilində Vergilər Nazirliyində təhqiqtçı işini qəbul etdiklərini çatdırıb. Həmin vaxt Azad Məmmədli ona ən qısa zamanda qaynını Vergilər Nazirliyində deyilən vəzifəyə təyin etdirəcəyini bildirib.

Həmin günün sabahısı dostu Böyükağa Şükürovun oğlu Faiq ona zəng edərək, Azad Məmmədlinin adından iş üçün tələb olunan 30 min dolların bəri başdan verilməli olduğunu deyib. Bəhlul Xəlilov da A.Məmmədlinin istəyinə uyğun olaraq, qaynatası ilə görüşüb, ona 30 min dolları çatdırmağın lazım olduğunu bildirib. Lakin qaynatası pulun yarısını iş düzəldikdən sonra verəcəyini deyib. Nəhayət, başqa çıxış yolu olmadığını görən B.Xəlilov qaynatasından aldığı 15 min dolları A.Məmmədliyə çatdırmaq üçün Böyükağa Şükürovun oğluna verib, qalan hissəsinin də iş düzəldikdən sonra çatdırılacağını söyləyib.

Bir neçə gün sonra Faiq Şükürov yenə də A.Məmmədlinin adından ona zəng vuraraq, “əmanəti” tam olaraq ödəməli olduğunu deyib. Üstəlik, onu da vurğulayıb ki, Azad Məmmədli vəsaitin qalan hissəsini də şəxsən onun çatdırmasını istəyib, başqa şəxslərdən birbaşa pul qəbul etmir.

Maşının pulunu verdi, 9 ildir geri ala bilmir

Qaynatasının sözündən dönməyəcəyinə əmin olan Bəhlul Xəlilov həmin vaxt təzəcə satdığı avtomobilinin pulunu Faiqə verməli olub. Çünki Azad Məmmədli bir neçə gün ərzində qaynının işə çıxacağını deyib. O da düşünüb ki, qaynı tezliklə işə çıxar, maşınının pulunu qaynatasından alıb, özünə yeni avtomobil alar.

Beləliklə, həftələr, aylar keçir, dostu Böyükağa Şükürovun barəsində ağızdolusu danışdığı Prezident Aparatının “əməkdaşı” Azad Məmmədlidən xəbər çıxmır. B.Xəlilov bir neçə dəfə A.Məmmədlinin telefonuna zəng vursa da, hər dəfə hansısa xanım götürərək, nömrəni yeni aldığını və ona məxsus olduğunu deyir. Halbuki, həmin nömrə ilə cəmi bir ay əvvələdək Azad Məmmədli ilə danışıb. Üstəlik, bu hadisədən sonra dostu Böyükağa Şükürov və oğlu Faiq də ona çoxsaylı yalanlar danışmağa başlayır.

Картинки по запросу Prezident Aparatı

Prezident Aparatı “əməkdaşı”nın ölüm xəbəri

Nəhayət, uzun süründürməçilikdən sonra - 2010-cu ildə dostu Böyükağa Şükürov ona Azad Məmmədlinin öldüyünü deyir, hətta baş daşının telefonla çəkilmiş şəklini də göstərir. Maraqlıdır ki, B.Xəlilov dostundan israrla Azad Məmmədlinin evini və harada basdırıldığını tələb etsə də, qarşı tərəf o haqda heç bir məlumat verə bilməyəcəyini söyləyir. Nəticədə dostlar arasında münasibət kifayət qədər gərginləşir.

Elə həmin ərəfədə B.Xəlilovun qaynatası oğlunun işə düzəlmədiyini və bu işin içərisində bir fırıldaq olduğunu zənn edərək, pulunu kürəkənindən geri istəyir. O, bir neçə dəfə qaynatasından vaxt istəsə də, sonda dostu Böyükağa Şükürovun və oğlu Faiqin ona tələ qurduğunu düşünərək, qaynatasından aldığı pulu özü şəxsən qaytarmalı olur. Beləliklə, qaynının əlini çörəyə çatdırmaq istəyən Bəhlul Xəlilov 30 min manat zərərə düşür. Amma o, bu pulu kiməsə hədiyyə etmək fikrində olmur. Elə bu səbəbdən də həmin vəsaiti əlbəəl təqdim etdiyi Faiq Şükürovdan tələb edir. Bu məqsədlə də bir neçə dəfə keçmiş dostunun qapısını döyür. Lakin F.Şükürov hər dəfə bir bəhanə gətirərək, onun pulunu verməkdən imtina edir.

Dələduzluq işi kimlərə “çörək verdi”?

Sonda zərərçəkən Bəhlul Xəlilov bu problemi hüquq müstəvində həll etməyi qərara alır. Bu məqsədlə də müvafiq orqanlara müraciət edir. Lakin aradan 8 il keçməsinə baxmayaraq, B.Xəlilov hələ də öz pulunu geri qaytara bilmir. Bunun əksinə, onun müraciət etdiyi ünvanlarda məlum dələduzluq faktından külli miqdarda qazanc götürənlər olur...

Bütün bunlarla bağlı növbəti sayımızda daha geniş açıqlama verəcəyik. Bu zaman biləcəksiniz ki, özünü Prezident Aparatının əməkdaşı kimi təqdim edən Məmmədli Azad Əliqulu oğlu əslində kimdir? Və öldüyü iddia olunan və ölüm kağızı çıxarılan A.Məmmədli sonra necə “dirilib”?

O da sizə aydın olacaq ki, bu məsələdə hansı nazirin qardaşı oğlunun adı hallanır...

Загрузка...
Загрузка...