Prezidentə açıq məktub - İMİŞLİDƏN

Baxış sayı: 
126
3  
0  

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə
 
Sürəti: Daxili İşlər Nazir cənab Vilayət Eyvazova
 
Surəti: Təhsil Naziri cənab Ceyhun Bayramova
 
ADP İmişli RT-nın sədri, jurnalist Məhbub Əvəz oğlu Zülfüqarlı tərəfindən
 
Açıq məktub və şikayət!
 
Cənab Prezident
 
Hörmətli Nazirlər!
 
Siz Milli Məclisin ilk iclasında, bir xəyanətin, məktub və şikayətlərin Sizdən gizlədilməsinin üstünü açdınız, ifşaedici faktı xalqa təqdim etdiniz.
 
Elə ona görə də 08 mart 2017-ci il məmur oliqarx Saleh Səmədov 0703105555 mpbil telefonu ilə həm dünya qadınlarını, həm məni təhqir edib, başçı V.Hacıyevə işləməkdə suçladısada, şikayətlərimi özümə qarşı çevrildi. DİN-ə yazdığım şikayətə RPŞ-də müavin işləyən İlqar Süleymanov cavab yazdı ki, S.Səmədov sizinlə zarafat edib, məhkəməyə müraciət edə bilərsiniz. S.Səmədovun qardaşı Sahib Səmədov da RPŞ-də kadr üzrə müavin idi. Bir il sonra İ.Süleymanov polis sıralarından qovuldu. RPŞ rəisi o, vaxt Ayaz Cəfərov idi. Başçının yanında mənə etiraf etdi ki, Məhbub bəy, Salehlə get barış, şikayəti davam etdirsən, o səni həbs etdirə bilər. Bildirdim ki, on il alsamda belə bir tərbiyənin sahibi ilə barışmayacağam.
 
Məmur oliqarx isə, kimlərəsə söykənib, öz maliyyələşdirdiyi “Həqiqət və Reallıq”, qəzetində (24 aprel-20may 2017-ci il) çıxış etdi ki, İmişlidə barmaqla sayılası qədər, İmişliləri sevməyən, öz şəxsi mənafelərini ümumi mənafedən üstün tutaraq başçıya quyruq bulayan 5-6 nəfərlik şərəfsiz dəstə vardır.
 
Mənim amalım o, 5-6 nəfər şərəfsiz ifşa etmək və İmişlidən qovub çıxartmaqdır.
 
Cənab Prezident!
 
Bu adamın pul parası o, qədər havalandırmışdır ki, başçını, sizin təyin etdiyiniz şəxsi YAP, RT-nın sədrini, şəhər Bələdiyyə sədrini aşağılamaqdan çəkinməmiş, məni də rayona rəhbərlik edən şəxslərə qara yaxmağa vadar etmək iştəmiş, planı alınmayanda, məni təhqir etməkdən çəkinməmişdi. RPŞ, rəisi, Ayaz Cəfərov çox haqlı olaraq, onu xarakterizə etmişdi, həm də bildirmişdi ki, məhkəmə sədri Qurban Hacıyev onun ovtomobilindən düşmür. Elə indi də məhkəmənin sədri onunla avtomobilindən düşmür. O, vaxt, mən Metrologiya İnstitunun prezidenti Ramiz Həsənovun qadın rəsmisinə mənə zəng edib, görüşmək istəyən xanıma bildirdim ki, “Ramiz Həsənov nə vaxt S.Səmədovdan pislik görəndə məni xatırlayar”.
 
Adamın Spirt zavodu, 20 hektar istilikxanası, “Kral” şadlıq sarayı, “Kral” restaran çay evi mal-qara ferması, İmişliyə haradan daxil olanda, onun obyektləri ilə rastlaşmaq olar. Adam mənim qardaşımla bir sinifdə vaxt keçirib, 8-ci sinifdən gecə məktəbinə keçirilib, onda da atestat alıb, lövhə qarşısında bir dəfə də; “A,a. a,b” deməyib.
 
Hazırda deyilənlərə görə fəlsəfə elmləri ləqəblidir. Sözün urvatdan düşdüyü bir zamanda beləsi hələ də at oynadır.
 
O vaxt S.Səmədov Ramiz Həsənovu aşırtdı. Dostu məhkəmə sədri Q.Hacıyevin əli ilə 06 iyul 2017-ci il, məni sigarişlə məni həbs etdirdi. Qisas hissi nə qədər güclü idisə, həmin gün məhkəmədən 4 saat sonra “Stolipin” vaqonuna mindirtdirdi. Həbsxana, təcridxana rəisi, məni sorğu-sual etdikdə, onun və məhkəmənin ünvanına sərt ifadələr işlətdi ki, “Sənin kimi ziyalını həbs etdirən…… sən ondan çox az yazmısan, mən onun dabbağda gönünə bələdəm”-deyə heyfsləndi.
 
Uşaq vaxtı biz hind filmi “Daş və Çiçəyə” baxmışdıq. Axırıncı oğurluğa getmək istəyən Şakaya sevgilisi şillə vurmaq istəyəndə Şaka, onun biləyindən yapışır:
 
-Sən bilmirsən Şanti, bu dünyada kim pulludursa, kim bıçaq oynada bilirsə, kim güclüdürsə zaman onundur” O, vaxt Şaka deyən kimi oldu, adam həm qalib həm də suçlu. Məni siyasi məhbusa çevirən bu şəxs Sizin 03.02.2020-ci il müşavirədəki çıxışınızdan sonra, bir az qorxmağa başlayıb; Siz bildirdiniz ki, məmur sahibkarlıqla məşqul olmamalıdır. Kölgə iqtisadiyyatınada bu ölkə də yer olmamalıdır. Hətta iqtisadiyyat naziri Mikayıl Cabbarov bildirdi ki; “Kölgə iqtisadiyyatının həcmi 7 dəfədən artıqdır ki, büdcədən milyardlarla pul oğurlanır, işçilər müqaviləsiz işlədilir və Spirt zavodu ciddi yoxlamaya məruz qoydusada, oliqarx-məmur vəziyyətdən çıxmağı bacardı. O, vaxt məni həm Səhiyyə nazirliyi. GEM, Ekologiya nazirliyi,eləcə də Vergi nazirliyi şikayətlərimi təsdiqlədisə də, həmin surətləri
 
hakimə təqdim etsəm də, oliqarx 23 iyun 2017-ci il “Orucluq ayı ərəfəsi” məhkəmə prosesinə gəlib and içdi ki; Bu şəxsi 15 gün də olsa həbs etdirib “sındırtdıracağam”- kəlməsinə, hakimə qəti etiraz etdim. Qərar hazır idi, hakim sifarişi yerinə yetirməli idi, yetirdi də.
 
Apellyasiya məhkəməsi də, sifarişi qüvvədə saxladı. Oliqarx nümayəndəsi Elnur Tağıyev bildirdi ki, iddaçı Belarusiyadadır, işi artırmağı tələb edir, deyəndə mən güldüm; “Ola bilər”, oğurluq etmişəm, ya qatiləm, Tanrı bəlanızı verər nə vaxtsa, hələ ki, zaman sizindir. Bu işə başqa yöndən də cavab verə bilərəm. Amma qeyri-zoraki mübarizə qanununu qəbul etmiş siyasətçiyəm.
 
Sizdən ölkənin prezidenti kimi, son çıxışlarınızda qeyd etdiyiniz kimi, var-dövlətinin havalandırdığı məmur-oliqarxı DİN, DTX-nın nəzarətində bu yazdıqlarımın araşdırılmasına göstəriş verməyinizi xahiş edirəm. Hörmətlə!
 
ADP İmişli RT-nın sədri, journalist: Məhbub Zülfüqarlı
 
Mart 2020

Загрузка...
Загрузка...