Pozğun qadın Rusiya baş nazirinin müavinini rüsvay etdi - VİDEO, FOTOLAR

Baxış sayı: 
382
0  
0  

 
Rusiya müxalifətinin əsas siması və 2018-ci ilin martında keçiriləcək prezident seçkilərində namizəd olaraq iştirak etmək hüququndan məhrum edilən Aleksey Navalnı bu günlərdə yenə də  bütün diqqətləri öz üzərinə çəkməyi bacarıb.
 
Navalnı və onun rəhbərlik etdiyi Korrupsiyaya qaşrı mübarizə fondu Rusiyanın Baş prokurorluğuna və Təhqiqat komitəsinə müraciət edərək Rusiya Federasiyası baş nazirinin müavini və hökumət aparatının rəhbəri Sergey Prixodkonun fəaliyyətinin araşdırılmasını tələb edib.
 
Rusiya mətbuatının verdiyi xəbərə görə, Korrupsiya ilə mübarizə fondunun nümayəndələri analoji müraciəti Rusiya prezidentinin yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin rəisi Andrey Çobotova da göndərmək niyyətindədirlər. Müraciəti imzalayanlar işin içinə əldə etdikləri materialları da əlavə edəcəklər.
 
Fondun iddiasına görə, baş nazirin müavini Sergey Prixodko 2016-cı ilin avqustun 5-7-si arasında rusiyalı milyarder, aliminium maqnatı Oleq Deripaskaya məxsus “Elden” adlı yaxtada istirahət edib. Yaxta Oleq Deripaskanın anası Valentina Petrovna Deripaskanın adına rəsmiləşdirilən “Yaxta klub Tsentr” Açıq Səhmdar Cəmiyyətinə məxsus imiş. Müraciətdə baş nazirin müavininin və milyarderin qızlarla birlikdə əyləndiyi də qeyd olunub.
 
Fond baş nazirin müavini Sergey Prixodkonun Norveç sahillərində lövbər atan yaxtaya yenə də Deripaskaya məxsus M-ALAY superjet təyyarəsi ilə gətirildiyini bildirir.
 
Müraciət müəllifləri Rusiya hökumətində xarici siyasi və iqtisadi məsələləri də kurasiya edən Sergey Prixodkonun Deripaska üçün etdiyi xidmətlər müqabilində “əmlak xarakterli mənfəət” qazanmasında təkid ediblər. Onlar Prixodkonun öz gəlirləri barədə verdiyi rəsmi bəyannamədə heç bir hava və ya su gəmilərinə, habelə böyük bağ və villalara sahib olmadığını göstərdiyini bildirərək bunun yalan olduğunu bildiriblər.
 
Belə ki, fond tərəfindən, daha doğrusu, Aleksey Navalnının şəxsən özünün təqdimatı ilə yayılan videosüjetdə Moskva ətrafında Sergey Prixodkoya məxsus olduğu iddia edilən böyük bir bağ sahəsi və malikanə olduğu göstərilib.
 
Sergey Prixodkonun özünün məsələ ilə bağlı reaksiyası dumanlı olub. O, əvvəlcə Navalnıya “əsl kişisayağı cavab verilməli oduğunu” bildirsə də, daha sonra sözünü dəyişərək bunun hüquq çərçivəsində qalacağını söyləyib. Baş nazirin müavini Navalnını “təxribat törətməkdə” və “özünü reklam etməkdə” günahlandırıb.
 
Prezident administrasiyasından da məsələ ilə bağlı söz deməkdən boyun qaçırıblar. Prezidentin mətbuat  katibi Dmitri Peskov bu barədə heç bir şərh verməyəcəklərini bəyan edib. Maraqlıdır ki, Navalnının Peskovla da bağlı onu bir çox korrupsiya əməlində günahlandıran ayrıca videoaraşdırması var.
 
Deripaskanın nümayəndələri isə yayılan videosüjeti “sifarişli kampaniya” və “böhtan dolu yalan” adlandırıblar. Bundan başqa rusiyalı milyarder Aleksey Navalnını məhkəməyə verəcəklərini söyləyib.
 
Videosüjetdən göründüyü kimi, hər şey Deripaska və Prixodko ilə bərabər yaxtada olan “Nastya Rıbka” ləqəbli və belarus olduğu güman edilən yüngül əxlaqlı qadının “İnstagram”da yaydığı fotolardan və yazdığı kitabdan sonra üzə çıxıb.
 
Musavat.com

Загрузка...
Загрузка...