Post-Amerika dövrü: Pandemiyadan sonra yeni dünya düzəni

Baxış sayı: 
76
2  
0  

 
Son onilliklərdə dünya mərhələli və dönməz bir dəyişiklik prosesinə girib. Bu, o deməkdir ki, “Soyuq müharibə”dən sonra böyük güclərin təkqütblü dünya qurmaq cəhdləri uğursuz oldu. Əsrlər boyu yaşadığımız dünyada təkqütbülü nizam qurmaq istəyən güclər müxalifətdə dayanan qüvvələrlə tanış oldu: sivilizasiya və barbarizm, xristianlıq və bütpərəstlik, demokratiya və kommunizm, Qərb və Şərq və s. Ancaq müasir dövrdə yeni bir əks-cəbhə yetişdi, bu proses əvvəlcə ümumi bir xarakter aldı: ABŞ digərlərinə qarşı...

 
Teleqraf.com bolqar politoloq Stanislav Baçevin “Müxalifət: ABŞ və hər kəs” adlı məqaləsini təqdim edir.
 
ABŞ əvvəllər misli görünməmiş bir təsir dairəsi, ehtiyatlar və kapitala sahib idi. Bu böyük gücü sayəsində diktə edən tərəfə çevrildi. Bu, bir gündə baş vermədi - proses uzun illər davam etdi. Post-Amerika dünya nizamı ideyası ilə bağlı müzakirələr o deməkdir ki, bundan əvvəl qlobal prosesləri müəyyən edən bir Amerika obrazı vardı. Tarix yalnız bir dəfə şans verir. ABŞ-ın “Soyuq müharibə”nin sonunda qazandığı şans bir sıra səbəblərə görə itirildi.
 
“Təcrübəsiz kovboylar”
 
Tarixi yetişməmişlik və yaradılış instinktinin olmaması, planetdə yeganə hegemon olmaq kimi müstəsna məsuliyyətdən necə istifadə edəcəyini bilməməyin əsas səbəblərindən biridir. Məsələn, Avropa dövlətləri - müəyyən instinkt, refleks və dünyagörüşlərin olması son iki min il ərzində gedən inkişaf və çalxantılı proseslərin nəticəsidir. ABŞ-ın belə bir tarixi təcrübəsi yoxdur. Ölkənin tarixi gəncliyi və bütün dünya üzərində sürətlə nüfuz qazanması dövləti və elitanı tarixin dərslərini anlamaq üçün vaxtdan məhrum etdi.
 
Amerikanın zamansızlığı
 
ABŞ-da əsla dünya miqyasında müharibə olmayıb. Bu, yalnız onun qavrayışına təsir etmir, həm də müharibə fəlakətinin mənzərəsinə tab gətirə bilməməsini göstərir. Belə bir təcrübənin olmaması və həmçinin, öz eksklüzivliyinin təkəbbürlü elanı səbəbindən ABŞ rifah dövlətinə, məsələn, Qərbi Avropa və Skandinaviya ölkələrinin bağlı qaldığı anlayışa olan ehtiyacı tanımır. ABŞ-ın daxili problemləri (sosial və inzibati) xarici güc təzahürlərini doğurur ki, bu da dünyada qeyri-sabitliyə və xaosa, həmçinin, yeni münaqişə zonalarının yaranmasına səbəb olur.
 
ABŞ-ın dünya hegemonuna çevrilməsi prosesi, daxili məzmunun xarici formaya uyğun gəlmədiyi bir vəziyyətlə tamamilə bağlıdır. Amerikanı universal bir Qərb tipli imperiya kimi qəbul etsək, buna çox vaxt qalmır: Amerika cəmiyyətinin mənəvi hazırlığının olmaması, eləcə də ABŞ-dakı elit və kütlə arasındakı fərqlər təbii olaraq tənəzzül vəziyyətinin erkən başlamasını ifadə edən problemlərə yol açır. Yəni, erkən yığılan yaşıl meyvə düzgün yetişməyə qadir deyil. Enişə baxmayaraq, nəhəngin təsiri hələ də qlobal xarakter daşıyır və ABŞ qlobal münasibətləri tənzimləmək üçün istənilən yeni modelin qaçılmaz hissəsi olaraq qalır.
 
Böyük dirilmə
 
Bu fonda, son 10 ildə dünya başqa bir ölkənin istənilən dünya probleminin həllinə maneə olacaq bir amilə çevrilmək üçün özünü necə diriltməsinin və yenidən kəşf etməsinin şahidi oldu. Ümumdünya bir imperiya ideyasının birbaşa varisi və Şərq qolunun nümayəndəsi olan Rusiya “Soyuq müharibə” bitdikdən sonra zamansızlıqdan çıxa bildi, uyğunlaşdı və praktikada bir ağacı sındıra bilməyən böhranın onu necə gücləndirdiyini göstərdi. Bir ağacı olan metafora ən uyğun seçimdir: keçmişin güclü köklərindən qüvvət götürür, budaqlarını daha geniş yaymaq üçün tarixi vaxtdan düzgün istifadə edir.
 
“Əjdahanın oyanışı”
 
Amerikadan sonrakı dünya nizamının formalaşmasında iştirak edən üçüncü ölkə, “sivil Qərb”in zülm və istismarından sonra yüksələn bir minillik mədəniyyətin daşıyıcısıdır. Çin təkcə “dünyanın atelyesi” stereotipinin öhdəsindən gəlməyi bacarmadı, həm də qlobal səviyyədə nüfuz alıb-satmağa başladı. O, artıq maneəsiz olaraq, alternativ olaraq öz sosial-mədəniyyət modelini təklif edir. İntizam, ümumi enerji və məqsəd, nəhəng bir bazar, bütün istiqamətlərdə çox böyük fəaliyyət sahəsi və miqyası Çin dövlətinin dünyada yeni bir təhlükəsizlik arxitekturasının əsasına çevrilməsinə şərait yaratdı.
 
Kiçik qütblər
 
Üç dövlət dünya düzəni və sabitlik üçün ən önəmlisi olduqları üçün, əsasları bu üç elementdən ibarət üçbucaq formasında bir təhlükəsizlik modeli əmələ gətirir. Avropa İttifaqı, İsrail, Hindistan, Türkiyə, Səudiyyə Ərəbistanı, Braziliya və digərlərinin regional təsirləri də başqa bir modeli ortaya çıxarır. Dünyada dəyişikliklər qaçılmazdır və son iki onillikdəki proseslər son hazırlıq mərhələsidir. Yeni, eyni zamanda köhnə amillər status-kvoya həlledici zərbə vurdu.
 
Milli dövlətin gücü
 
2020-ci ildə qlobal pandemiyanın ortaya çıxması, Yer kürəsində bir tarazlığın qurulması üçün bütün ölkələrin və cəmiyyətlərin reflekslərini və instinktlərini sınaqdan keçirmək üçün şans yaratdı. Bunun təbii bir dalğalanma olub-olmamasından asılı olmayaraq... 2020 pandemiyası beynəlxalq münasibətlərin yeni mərhələyə keçməsi üçün katalizatora çevrilib. Bu dönəmdə medianın gücü dünya cəmiyyətlərində trans və anesteziya vəziyyəti yaratdı, nəticədə pandemiya qlobal proseslərin müqavimətsiz davam etməsinə şərait yaradan amilə çevrildi. Böhran dövründə problemlərin öhdəsindən təkbaşına gəlməli olan güclü bir milli dövlətin dirçəldilməsinin qaçılmaz ehtiyacı ilə bağlı müzakirlər də birmənalı cavab aldı.
 
Pandemiyanın müsbət tərəfləri
 
Beynəlxalq münasibətlərdə və 2020-ci il böhranından əvvəl paradiqma dəyişikliyində iştirak edən ölkələrin bu gün gedən proseslərə müvəffəqiyyətlə uyğunlaşması, onların yeni bir təhlükəsizlik arxitekturasının əsasının qoyulmasında iştirakını təmin edir. Kiçik ölkələr üçün pandemiya sərt bir dərs oldu, bu, öz insanları üçün məsuliyyətin iqtisadiyyatın strateji sahələri ilə əlaqəli məsələlərdə yenidən düşünmək və dəyişdirmək tələb etdiyini göstərir. Bu da öz növbəsində hər hansı bir çağırışa hazır bir cəmiyyət qurmaq üçün zəruri olan güclü bir təhsil sisteminin bərpasını nəzərdə tutur. Hər hansı bir maliyyə böhranı, təbii fəlakət və ya sosial təcrübə nəticədə sistemin qüsurlarını və onları həll etmək qabiliyyətini göstərən müsbət tərəflərə malikdir.
 
Müəllif: Mənsur Rəğbətoğlu

Загрузка...
Загрузка...