​Pompeodan Moskvaya ŞOK: Davam edəcək

Baxış sayı: 
63
2  
0  

ABŞ bir-birinin işlərinə qarışmamaq haqqında Moskva ilə razılaşmaya hazır deyil.
 
Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda ABŞ-ın dövlət katibi Mayk Pompeo ilə danışıqların nəticəsinə görə Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.
 
Lavrov Rusiya və ABŞ arasında münasibətlərdə gərginliyi aradan qaldırmağa çağırıb. Onun sözlərinə görə, Mayk Pompeo ilə iki ölkə arasındakı münasibətləri normal səviyyəyə gətirmək üçün addımlar atmaqla bağlı razılığa gəliblər.
 
Pompeo Rusiyanı Ukraynanın yeni hökumətinə əl uzatmağa çağırıb. ABŞ-ın dövlət katibi ümidini ifadə edib ki, Rusiya Ukraynada vəziyyətin nizama salınması üzrə dalandan çıxmaq üçün təşəbbüsü öz üzərinə götürəcək.
 
"Biz həmçinin Ukraynadakı vəziyyəti müzakirə etdik. Biz deyildiyi kimi, Krımın Rusiya tərəfindən zəbt edilməsini tanımayacağıq. Bizim sanksiyalarımız hələ qüvvədə qalmaqda davam edir. Biz istəyirik ki, Rusiya Ukraynanın yeni hökumətinə əl uzatsın və vəziyyətdən çıxış yolu tapılsın”, - Pompeo mətbuat konfransında deyib.
 
Pompeo həmçinin Rusiyadan Kerç boğazında baş verən hadisə zamanı tutulan Ukrayna dənizçilərini azad etməyə çağırıb
 
Həmçinin görüş zamanı Venesuela və Suriyadakı vəziyyətə dair fikir mübadiləsi aparılıb. Hələ də xeyli fərqli baxışlara malik olduqları İran nüvə proqramına dair Rusiya və ABŞ-ın danışıqları davam etdirdikləri də bildirilib.

Загрузка...
Загрузка...