Pompeo, Səudiyyə Şahzadəsini krallıq kürsüsü ilə hədələyib

Baxış sayı: 
37
1  
0  

ABŞ-ın dövlət katibi Mayk Pompeo çərşənbə günü Səudiyyə Ərəbistanına səfər etmiş, bu çərçivədə vəliəhd şahzadə Məhəmməd bin Salman ilə də bir araya gəlmişdi.
 
Görüşdə kameralara gülümsəyərək poza verən Pompeonun, mətbuat nümayəndələrinin çölə çıxışından sonra bin Salmanı hədələdiyi iddia edilib.
 
Bağlı qapılar arxasında ciddi söhbət
 
Pompeonun çərşənbə günü Səudiyyə şahzadəsi ilə keçirdiyi görüş haqqında məlumat sahibi bir mənbə, CNN kanalına, ikilinin jurnalistlərə gülümsəyən pozalar verməsi, görüşün dostluq şəraitində keçdiyinə dair işarə olmadığını söyləyib.
Foto çəkilişin bitməsilə gülümsəmələrin də sona çatdığını bildirən mənbəyə görə, ABŞ dövlət katibi, Səudiyyə vəliəhdinə, kral olmasının Qaşıqçı hadisəsinin içindən çıxıb çıxmamasına bağlı olduğunu deyib.
 
Krallıq təhlükədə
 
Pompeo, varis şahzadəyə Qaşıqçı məsələsini həll etməsinin lazım olduğunu bildirib, əks təqdirdə krallıq ehtimalının təhlükəyə düşəcəyi ilə xəbərdarlıq edib.
Buna görə də Pompeo, şahzadəyə əvvəlcədən xəbəri olmayıbsa belə, vəziyyəti qəbul edib, sahib çıxması lazım olduğunu, çünki hər bir faktın bir-bir ortaya çıxacağını dəqiq bir dillə bildirib.
 
Beynəlxalq təzyiq
 
Səudiyyə Ərəbistanı konsulluğunda Qaşıqçı-nın öldürülməsi hadisəsinə dair təzyiq yalnız ABŞ-dan gəlmir. Avropa dövlətləri və bütün dünyanın təqib etdiyi bu hadisədə Ər -Riyad rəhbərliyini böyük bir sanksiya təhlükəsi gözləyir.
Bu təhlükələrə qarşı Səudiyyə rəhbərliyi hadisənin təqibini yavaşlaymağa çalışarkən, ABŞ zamanın dar olduğunu və Səudiyyə rəhbərliyinin bu işə qarışmış şəxslərlə sürətlə və amansızcasına məşğul olmaları lazım olduğunu dəqiq dillə ifadə edib.
Xatırladaq ki, artıq İstanbula Qaşıqçının qətli üçün göndərilən 15 nəfərlik sui qəsd qrupunun bir üzvü avtomobil qəzası adı ilə öldüyü bəyan edilib.

Загрузка...
Загрузка...