Pompeo Səudiyyə kralı ilə 15 dəqiqə görüşdü! 100 MİLYON DOLLAR ALDI

Baxış sayı: 
53
1  
0  

“New York Times” qəzetində yer alan xəbərə görə, Ər-Riyad rəhbərliyi Suriyada terror təşkilatı İŞİD-dan azad edilən bölgələr üçün  ABŞ-a 100 milyon dollarlıq yardım edib. 100 milyon dollar Pompeonun dünən Səudiyyə Ərəbistanına etdiyi səfər zamanı dərhal ABŞ hökumətinə aid hesablara yatırılıb.
 
Pompeo itkin düşən jurnalist üçün gəlmişdi
 
Tramp rəhbərliyi sözügedən maliyyə dəstəyi uzun müddətdir tələb etsə də Pompeonun müxalif Səudiyyəli jurnalist Camal Qaşıqçı-nın İstanbuldakı Səudiyyə Ərəbistanı Konsulluğunda itməsi hadisəsiylə bağlı səfərə təsadüf etməsi diqqəti çəkib.
 
Zamanlama təsadüf deyil
 
“New York Times”, ABŞ rəhbərliyindən Suriya siyasətini yönəldən, ancaq adının açıqlanmasını istəməyən bir səlahiyyətli nümayəndəinin, "Zamanlama qətiyyən təsadüf deyil" dediyini qeyd edib.

Загрузка...
Загрузка...