Politoloq prezidentin ölümü haqqında xəbərə görə üzr istədi

Baxış sayı: 
42
1  
0  

Avrasiya Problemləri Monitorinq Mərkəzinin direktoru Aslan Rubayev, politoloq Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədovun ölümü haqqında xəbərə görə üzr istəyib.
 
Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, politoloq prezidentin ölümü haqqında şayiələrin onun uzun müddət tamaşaçı qarşısına çıxmaması ilə izah edib.
 
“Prezidentin doğmaları və yaxınlarından, həmçinin Türkmənistanın bütün vətəndaşlarından üzr istəyirəm”, - o feysbukda yazıb.
 
Qeyd edək ki, daha əvvəl Aslan Rubayev türkmən iş adamlarına istinadən prezidentin ölüm xəbərini yayıb. İş adamlarına görə, xüsusi xidmət orqanlarında işləyən şəxslər hadisənin prezident məzuniyyətdə olan zaman baş verdiyini deyiblər.
 
Sonradan Türkmənistanın Rusiyadakı səfirliyi məlumatı təkzib edib.
 
"Bu tamamilə yalandır", — deyə agentliyin həmsöhbəti bildirib.
 
Daha sonra isə Qurbanqulu Berdiməhəmmədovun Səhiyyə və tibb səneyesi işçiləri günü münasibəti ilə ölkənin tibb işçilərinə ünvanlanmış təbriki yayılıb.
 
Qurbanqulı Berdımuhammedov iyulun 15-də məzuniyyətə çıxıb. "Türkmənistanın xronikası" nəşrinin xəbərinə görə, prezident 10 gün - iyulun 5-dən 15-dək tamaşaçı qarşısına çıxmayıb.
 
İxrisasca stomatoloq olan Qurbanqulu Berdiməhəmmədov 14 fevral 2007-ci ildən post-sovet respublikasına başçılıq edir.

Загрузка...
Загрузка...