Polis sərnişinlə dolu avtobusu saxladı - Hamı xəstəxanaya aparıldı

Baxış sayı: 
115
1  
0  

Türkiyədə İstanbuldan Diyarbakıra gedən avtobusda maraqlı hadisə baş verib.
 
Publika.az xəbər verir ki, avtobusda olan qadın sərnişinlərdən biri (Süreyya Ç.) yolda koronavirusa yoluxduğunu öyrənib. Belə ki, 2 gün əvvəl virusla bağlı test verən qadının nəticələri məlum olub və ona zəng edilərək nəticələrinin pozitiv olduğu deyilib.

 
Nəticələri gözləmədən yola çıxan qadın bu barədə məlumat verən kimi, avtobus hərəkətini dayandırıb. Qadın təcili olaraq yaxınlıqdakı Sakarya şəhərinin xəstəxanasına yerləşdirilib. Avtobus hərəkətinə davam etsə də,bir qədərsonra polislər nəqliyyat vasitəsini saxlayıb. Avtobusdaolan şəxslərin hamısı Boludakı xəstəxanalardan birinə aparılıb və onlardan koronavirus testi götürülüb.

Загрузка...
Загрузка...