"Polisə rüşvət təklif etdim, videogörüntülər var..." - Facebook-da vətəndaşları aldadan iş adamı

Baxış sayı: 
51
1  
0  

 
Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırmada təqsirləndirilən “SN Group” MMC-nin direktoru Aydın İsmayılovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
 
Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahmud Ağalarovun sədrliyi ilə baş tutan prosesdə istintaq dövründə heç bir yerə qaçmayıb. Onun sözlərinə görə, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə görüşə gedib: "Müstəntiqlə də görüşmüşəm. Videogörüntülərlə tələb edirəm, amma vermirlər. Həmçinin polis müstəntiqi ilə də görüşdüm. Özüm polisə rüşvət təklif elədim ki, pul alsın və bu işi bağlasın. Amma bunu sübut edə bilmirəm. Lakin videogörüntülər var. Mən necə axtarışa verilmişəm, hara qaçmışam?".
 
İş üzrə zərərçəkmiş Xanlar Əliyev 10 min manat pulunun dələduzluq yolu ilə ələ keçirildiyini söyləyib. O bildirib ki, bu məbləği Aydın İsmayılova ev almaq üçün versə də, aldanıb və pulunu tələb edir.
 
Qeyd edək ki, Aydın İsmayılov öz qulluq mövqeyindən istifadə edərək aldatma yolu ilə 2018-ci ilin iyul-avqust aylarında “Facebook” sosial şəbəkəsində elan verməklə ev və torpaq sahəsi almaq istəyən şəxslərə rəhbəri olduğu MMC tərəfindən güzəştli kredit veriləcəyini bildirib.
 
Həmin elanla əlaqədar ona müraciət ayrı-ayrı şəxsləri cəmiyyətin ofisinə dəvət edərək, onlara şəxsiyyət vəsiqəsi ilə az miqdarda ödəniş qarşılığında sərfəli faizlə ipoteka krediti verəcəyini yalandan deyib.
 
Bu yolla həmin şəxsləri aldadaraq, bankda yerləşən şəxsi hesabına ümumilikdə 97 min manat məbləğində pulun köçürülməsinə nail olub.
 
Lakin verdiyi vədə əməl etməyib.
 
Daha sonra zərərçəkmişlərin şikayəti əsasında Aydın İsmayılov saxlanılıb.
 
Onun barəsində Cinayət Məcəlləsinin cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma maddəsi ilə ittiham irəli sürülüb.
 
Cinayət işində 9 zərərçəkmiş var.
 
Aydın İsmayılov daha əvvəl də dələduzluğa görə həbs cəzası alıb. 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilən Aydın İsmayılov vaxtından əvvəl, 2017-ci ildə azadlığa çıxıb.
 
Müəllif: Hacı Zeynalov

Загрузка...
Загрузка...