Polis əməliyyata başladı – Bakıda bəzi küçələrdə, eləcə də metro çıxışlarında…

Baxış sayı: 
24
1  
0  

Bakıda bəzi küçə və prospektlərdə, eləcə də metro çıxışları qarşısında qanunsuz küçə ticarətinin qarşısı alınıb.
 
Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat xidmətinin rəisi, polis mayoru Elşad Hacıyevin Trend-ə verdiyi məlumata görə, paytaxtın görkəminə xələl gətirən, yollarda hərəkət iştirakçılarına maneə yaradan, antisanitariyaya səbəb olan hallara qarşı profilaktik tədbirlər diqqət mərkəzindədir:
 
“Paytaxtın Yasamal və Nizami rayonlarında küçə və prospektlərdə, metro çıxışlarının ətrafında, səkilərdə qanunsuz küçə ticarəti, antisanitariyaya səbəb olan hallara qarşı profilaktik tədbirlər davam etdirilib. Polis tərəfindən metrostansiyaların giriş-çıxışlarında, piyada keçidlərində, avtobus dayanacaqlarında küçə boyu antisanitariya və küçə ticarəti ilə bağlı yaranmış vəziyyət aradan qaldırılıb.
 
Diqqətə çatdırırıq ki, hər bir paytaxt sakini hüquq qaydasının etibarlı təminatına töhfə verməklə, daha çox küçə ticarətinin yaratdığı antisanitar vəziyyətə həssas olmalı, elementar normalara əməl etməli, paytaxtın görkəminə xələl gətirən sosial-neqativ hallara qarşı mübarizədə fəallıq nümayiş etdirməlidir”.

Загрузка...
Загрузка...