​POLİS ƏLİ KƏRİMLİNİ SAXLADI – Saxlanma anının VİDEOSU - YENİLƏNDİ

Baxış sayı: 
104
2  
0  

Polis Milli Şuranın bu gün saat 15:00-a 28 May metrostansiyasının qarşısına təyin etdiyi razılaşdırılmamış mitinqin keçirilməsinə imkan verməyib. Son məlumatlara görə, mitinqdə iştirak etmək üçün evindən çıxan AXCP sədri Əli Kərimli elə yaşadığı binanın qarşısında saxlanılaraq naməlum istiqamətə aparılıb. Onunla birlikdə olanların da saxlanıldıqları bildirilir.
 
Bundan əvvəl Əli Kərimli “Facebook”da yazmışdı ki, yaşadığı evin qarşısında 20-dən artıq mülki geyimli əməliyyatçı onun aşağı düşməsini gözləyir.
 
Mitinqin təyin olunduğu ərazidə internet kəsilib./azpolitika.info/
 
 
 
 
 
***
 
polis
 
Müxalifətin Milli Şura qanadının 28 May metrostansiyasının qarşısına elan etdiyi mitinqlə əlaqədar olaraq, bu gün səhər saatlarından başlayaraq, polis Bakının mərkəzini, xüsusən də 28 May metrostansiyasının ətrafını ciddi nəzarət altına alıb.
 
Bu dəqiqələrdə polis 28 May metrostansiyasına doğru aparan küçələri bağlayır, həmçinin metronun iş qrafikində də dəyişiklik edilib. Belə ki, 13:00-dan 16:00-a dək qatarlar 28 May metrostansiyasında saxlamayacaqlar.
 
O da bildirilir ki, polis müxalifətçilərin ətrafda yerləşən iaşə obyektlərində yığışaraq elan olunan saatda aksiyaya cəhd edəcəkləri ehtimalını da nəzərə alaraq, yaxınlıqdakı kafe, restoran, çay evi və ticarət mərkəzlərini də nəzarət altına götürüb.
 
Qeyd edək ki, Bakı Şəhər İcra Hakimiyyəti Milli Şuranın mitinq müraciətinə müsbət cavab verərək, onlara Qaradağ rayonunun Lökbatan qəsəbəsində aksiya keçirmək üçün icazə verib. Lakin Milli Şura bununla razılaşmayaraq, Bakının mərkəzinə aksiya elan edib.
 
Bakı Şəhər Baş Polis İdarəsi razılaşdırılmamış aksiyaya imkan verməyəcəyini bəyan edib.

Загрузка...
Загрузка...