Polis “İkoş” ləqəbli qadın narkotaciri tutdu (FOTOLAR)

Baxış sayı: 
77
1  
0  

Abşeron rayonunda "İkoş” ləqəbli qadın narkotacir tutulub.
 
Qaynarinfo "Report”a istinadən xəbər verir ki, hadisə Mehdiabad qəsəbəsində qeydə alınıb.
 
Belə ki, Mehdiabad Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat axtarış tədbirləri zamanı 1996-cı il təvəllüdlü İlkanə Nəbiyeva isti izlərlə tutularaq məsuliyyətə cəlb olunub.
 
Onun yaşadığı Mehdiabad qəsəbəsi, Gənclər şəhərciyi, bina 10, mənzil 12-yə baxış keçirilən zaman, oradan küllü miqdarda xüsusi bükümdə olan 5 qram heroin, 2 qram metodin kristal, bir ədəd tərəzi və digər narkotik maddələr tapılaraq aktlaşdırılıb. İlkanə Nəbiyeva bütün maddi sübutlarla polis bölməsinə gətirilib.
 
O, bu işlə iki ildir məşğul olduğunu və 8 aydır heroin satdığını bildirib.
 
Onun məhkumluğunun olmadığı və cinayət əməlinə qardaşına görə qurşandığı bildirilib.
 
Faktla bağlı araşdırma aparılır.

Загрузка...
Загрузка...