Poeziya incisi_ Güneyli Zəhra Nəcəfi

Baxış sayı: 
650

 
Alovlanır içimdə
Gedər gəlməz sevgimiz
Yanılmasam gedibsən
Bir başqası qoynunda
əllərin əllərində
Dayaqsan özgəsinə
Yadındamı gülərdik?
Unutmaram , unutma!
Gecə-Gündüz deyərdik?!
Geniş dünya üzündə
Oğunmuşdum sənsizliyə
Bilməziydim yalansan
Bir qaranlıq bataqsan
Atdın məni batırdın
Özün kimi palçığa
Dilək söndü içimdə
Çiçəklənmiş duyğumu
Öz əlinlə soldurdun
Oysa ölüşgəməzdim
Yaşıl düşüncəmilə
Məni dərdin həyatdan
Yaşam gülüstanımdan
Get, səni qutlayıram
Mənsizliyin həsrətin
Yalan sevməklərində
Get özgəyə mübarək!

Загрузка...
Загрузка...