​PKK Türkiyə ilə ABŞ-ı qarşı-qarşıya qoydu

Baxış sayı: 
177
0  
0  

PKK/PYD terror təşkilatının ana təməlini təşkil edən Suriya Demokratik Qüvvələrinin (SDQ) siyasi qanadı olan Suriya Demokratik Konseyi ABŞ şöbəsi açmaq üçün rəsmi qeydiyyatdan keçib.
Publika.az xəbər verir ki, SDQ 31 yanvar tarixində ABŞ Ədliyyə Nazirliyinin xarici agentlik qanunu çərçivəsində (Foreign Agents Registration Act – FARA) “xarici siyasi partiya şöbəsi” kimi qeydiyyatdan keçib.
Burada diqqət çəkən detal isə Ədliyyə Nazirliyinin rəsmi saytına yüklənən sənədin Türkiyənin Afrində həyata keçirdiyi “Zeytun budağı” hərəkatının başladığı 20 yanvardan 3 gün sonra, yəni 23 yanvarda doldurulmasıdır.
Şöbənin missiyası Amerikadakı qanuni fəaliyyətlərin Suriyadakı federalizmin bir çözümü olaraq seçilməsi, Türkiyə “işğalı”nın sonlandırılması və SDQ-nin nəzarətindəki bölgədə beynəlxalq hava limanının açılmasına icazə verilməsi istiqamətindədir.
FARA sənədlərinə görə, şöbədə SDQ-nın Vaşinqtondakı təmsilçisi, Suriya vətəndaşı Sinəm Məhəmməd və daha 3 vətəndaş işləyəcək. Şöbənin ünvanı isə “Haseki, Şimali Suriya Demokratik Federasiyası” kimi göstərilib.
SDQ şöbəsinin ABŞ-dakı fəaliyyətlərinin nələr olduğu sualına isə əsas hədəflər arasında Amerika hökumətinin Suriyada federalizmi dəstəkləyən qanunlar çıxarması cavabı verilib.
“ABŞ-da həyata keçirilən işlərin siyasi məzmunu olacaqmı” sualına isə “hə” cavabı qeyd edilib. Nəzərdə tutulan siyasi fəaliyyətlər isə bunlardır: Şimali Suriya Demokratik Federasiyası ordusunun daha yaxşı təmin edilməsi, İŞİD terror təşkilatından sonrakı dövrdə terrorla mübarizə mexanizminin yaxşılaşdırılması, Suriyadakı Türkiyə işğalının sonlandırılması və beynəlxalq hava limanının açılması.
“Müraciət sənədinə qeydiyyat aparılmadan öncə 60 gün içində xarici bir qaynaqdan maddi yardım istənildimi” sualına isə müsbət cavab verilib. SDQ-nın dəstəkçilərindən oktyabr-dekabr aylarında toplanan 60 000 dollarlıq yardım şöbənin maliyyə qaynağı kimi göstərilib.
Zümrüd

Загрузка...
Загрузка...