​PKK-dan çarəsiz çağırış: Türkiyəni dayandırın!

Baxış sayı: 
152
0  
0  

Türkiyənin Afrin əməliyyatına hazırlıq prosesi çərçivəsində Suriya sərhədinə əlavə qüvvələr cəlb etməsindən qorxuya düşən PKK beynəlxalq ictimaiyyətdən yardım istəyib.
 
Axar.az xəbər verir ki, PKK-nın Suriya qolu olan PYD/YPG-nin sözçüsü Nuri Mahmud dünya ictimaiyyətindən Türkiyəni dayandırmasını istəyib.
 
“Afrin yalnız qalmayacaq” ifadəsini səsləndirən Mehmud bütün kürdlərin həmrəylik nümayiş etdirəcəyini bildirib.
 
Qeyd edək ki, PKK tərəfdarları ötən gün Fransanın Paris, Marsel şəhərləri ilə yanaşı İsveçrənin Surix şəhərində yerləşən Türkiyə konsulluqları qarşısında etiraz aksiyaları keçirib.

Загрузка...
Загрузка...