PKK-da böhran: BİR-BİRİLƏRİNƏ GİRDİLƏR

Baxış sayı: 
91
0  
0  

Türk Silahlı Qüvvələrinin (TSQ) ölkə daxilində və İraqın şimalına qarşı havadan və qurudan thəyata keçirdiyi hərəkatla iflic vəziyyətinə düşən terror təşkilatı PKK-nın, xüsusilə Qəndil bölgəsində qadın qruplar üzərindən hərəkətlilik və təsir yaratmağa çalışdığı bildirilib.
 
Təhlükəsizlik mənbələrinin regiondakı gəlişmə ilə bağlı hazırladığı hesabatlarda, PKK-nın psixoloji terrorda qadınları istifadə etməyə başladığı məlumatı əks olunub. İraq Sincarında yuvalanan PKK-nın Qəndildə, "Afrindəki mühasirəni dağıdacağıq" deyərək, Sincardaki qadın terrorçuları Afrinə sövq etdiyinə dair yalan təbliğat apardığı müəyyən edilib.
 
QADIN TERRORÇULARLA KİŞİ TERRORÇULAR BİR-BİRİNƏ GİRDİ
 
Simsiz rabitə vasitələrindəki danışıqlarda, daim itki verən terrorçu qrupların qadınları ön plana çəkdiyi müəyyən edilib. Qadın terrorçuların, verilən ağır itkilər səbəbindən göstəriş verən rəhbərlərini günahlandırdığı, tapşırıq verən komandirin isə qadın qruplara bənzər ittihamları yönəltdiyi ortaya çıxıb. Meydançadakı mənbələr, verdikləri itkilər səbəbindən terrorçuların hərəkət etmək istəmədiklərini, verilən göstərişlərə qarşı çıxdıqlarını və təşkilat içində davanın hər keçən gün artdığını məruzə edilbər. Regionda bir qadınla bir kişi terrorçunun simsiz rabitə vasitəsi ilə danışıqları təhlükəsizlik orqanları tərəfindən qeydə alınıb:
 
Kişi terrorçu: Bacarmırsınız, neçə adam getdi, bu təlim boşamı, haradadır perspektiv?
 
Qadın terrorçu: Onları göndərən sizinkilərdir, yanlış düşüncə, səhv, yanlış qərar.
 
Kişi terrorçu: Düzgün etsəydilər yaşayardılar.
 
Qadın terrorçu: Bilərdilər, ya bilmədikləri deyil məsələ, başa düşürsən, bu ittihamlar hara qədər işə yarayacaq?
 
Kişi terrorçu: Bu o deyil, özünütənqid edin, harada əskiklikdir, şeydir, nə etməlidir.
 
Qadın terrorçu: Biz etmişik onu, artıq siz edin. Qüsurun çoxu oradadır.
 
Kişi teörirst: Bunu kəsin, zərərli olur, deyiləni edin, sabah təkrar...
 
Qadın terrorçu. ...getmək istəmirlər, neçə nəfər gedib?
 

Загрузка...
Загрузка...