PKK-çı qadın DƏHŞƏTLİ FAKTLAR açıqladı

Baxış sayı: 
28
1  
0  

Türkiyənin Van şəhərində hərbçilərə təslim olan PKK-çı qadın sözügedən terror təşkilatı ilə bağlı bəzi faktları danışıb.
 
Axar.az xəbər verir ki, adı açıqlanmayan terrorçu qadın PKK-nın edam siyasətinə başladığını bildirib.
 
“Təşkilat liderləri öz bacarıqsızlıqlarında sadə üzvləri ittiham edirlər və müxtəlif işgəncələrə məruz qoyurlar. PKK-çılar təşkilat liderlərinin bu amansız hərəkətlərindən xilas olmaq üçün qaçmaq yolunu seçirlər. Liderlər yaşı 18-dən az olan uşaqları müxtəlif vədlərlə aldadaraq, təşkilata cəlb edirlər, sonra narkotik maddələrin vasitəsilə özlərindən asılı hala salırlar”, - o bildirib.
 
PKK-çı qadın artıq bir çox terrorçunun Türkiyə dövlətinə təslim olmaq istədiyini deyib.

Загрузка...
Загрузка...