Pensiya və sosial yardımlar o halda dayandırılacaq – Şok qərar

Baxış sayı: 
101
1  
0  

 
Ukraynanın Nazirlər Kabineti əhaliyə verilən sosial müavinət və pensiyalara dair genişmiqyaslı yoxlama proqramı hazırlayıb.
 
Teleqraf.com xəbər verir ki, bu proqrama görə, bəzi vətəndaşlar pensiya ödəmələrindən məhrum ola bilər.
 
Bu barədə jurnalistlərə açıqlamasında Ukrayna maliyyə nazirinin müavini Yuri Jiqirin deyib.
 
Nazirlik yetkilisi qeyd edib ki, saxta və ya səhv olan sənədlər üzrə ödəniş edilənlər, Ukrayna ərazisini tərk edib xaricə köçənlər sosial müavinət və pensiyalardan məhrum edilə bilərlər.
 
Yeni qanun işğal ərazilərində, yaxud hökumətin nəzarətində olmayan ərazilərdə yaşayanlara da şamil ediləcək.
 
Qeyd edək ki, fevral ayının əvvəlində Ukrayna Ali Radası “Dövlət ödənişlərinin yoxlanılması və monitorinqi haqqında” qanun layihəsini qəbul edib.
 
Sənəd Ukraynanın Nazirlər Kabineti tərəfindən təsdiq edilib.
 
Müəllif: Mənsur Rəğbətoğlu

Загрузка...
Загрузка...