Penelopa Kruz gözqamaşdırıcı ziyafət libasında – FOTO

Baxış sayı: 
38
1  
0  

İspan əsilli aktrisa Penelopa Kruz cəlbedici geyimi ilə göz qamaşdırıb.
 
Publika.az xəbər verir ki, ötən gün 69 yaşlı ispaniyalı rejissor Pedro Almodovar İngiltərənin paytaxtında yeni çəkdiyi "Ağrı və şöhrət" filmini təqdim edib.
 
Ekran işinin yaradıcısı ilə birlikdə aparıcı aktyorlar - 45 yaşlı Penelope Kruz və 58 yaşlı Antonio Banderas qırmızı xalçaya çıxıb, fotoqraflara poza verib.
 
Sonuncu dəfə yaradıcı heyət işlərinin isti qarşılandığı Kann Film Festivalında bir araya gəlmişdi. Banderas festivalda “Ən Yaxşı Aktyor” mükafatına layiq görülmüşdü. "Ağrı və Şöhrət" Kruzun rejissorun filmində rol aldığı altıncı filmidir. O həmçinin Londonda premyeranın əsas ulduzuna çevrilib.
 
45 yaşlı Penelope çıxış üçün çox parlaq kristallarla və lələklərlə bəzədilmiş dəbdəbəli paltar seçib. Onun tərəf müqabili Antonio Banderas isə rahat geyimə üstünlük verib. Kruzdan fərqli olaraq, aktyor premyeraya tək gəlməyib. Onu beş ildən çox görüşdüyü sevgilisi Nikol Kempel müşayiət edib.

Загрузка...
Загрузка...