​Paytaxtın mərkəzində yerləşən "Alfa" marketdə vaxtı keçmiş ərzaqlar satılır - ŞİKAYƏT

 
 
 
Bakının mərkəzində, 28 May ərazisindən Xarici Dillər Universitetinə qalxan Rəşid Behbudov küçəsində yerləşən "Alfa Market"də vaxtı keçmiş məhsullar satıldığı iddia olunur.
 
Bu barədə Moderator.az-a həmin marektdən vaxtı çıxmış qatılaşdırılmış süd almış Ülkər Eldarqızı məlumat verib.
 
Şikayətçi iddia edir ki, aldığı məhsulun son istifadə tarixi artıq 4 aydır ki bitib:
 
"Son istifadə tarixindən 4 ay keşmiş qatılaşdırlmış südü 2 gün öncə şəhərin mərkəzində yerləşən "Alfa" supermarketdən almışam. Bu gün həmin əraqdan istifadə etmək istədikdə istifadə müddətinin çoxdan bitdiyini gördüm. Bu barədə məlumat vermək üçün əvvəlcə supermarketə getdim. Marketin müdiri yerində olmadığından administratorla görüşdüm, vəziyyəti izah etdim. Sadəcə üzr istəməklə və ödədiyim pulu geri qaytarmaqla vəzifələrini bitmiş hesab etdilər. Mən isə bununla razılaşmadım, nə üürlərini qəbul etdim, nə də qaytardıqları pulu. Müvafiq qurumla əlaqə saxlayıb şikayət etdim".
 
 
 
 
 
Ü.Eldarqızı bu halın ilk dəfə baş vermədiyini, bir dəfə də həmin marketdən istifadə müddəti bitmiş ayran satıldığını bildirir:
 
"Əgər belə halla ilk dəfə qaşılaşmış olsaydım, yəqin ki, göz yumardım. Ancaq belə hadisə artıq ikinci dəfədir ki, baş verir. Bundan əvvəl də həmin marketdən mənə vaxtı keçmiş ayran satılıb. Belə görünür ki, aidiyyati qurumlar gərəkli tədbir görmədiyi müddətdə "Alfa" market bildiyini edəcək. İnsanların sağlamlığı üçün ciddi təhülkə olan istifadə müddəti bitmiş məhsulları satmaqdan vaz keçməyəcək.
Saytınız vasisətilə aidiyyati qurumlara bir daha müraciət edirəm ki, reyd keçirsinlər, "Alfa" makretdə satılan ərzaqların yararlılıq müddətini yoxlasınlar".
 
Ümid edirik ki, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti məsələni nəarətə götürəcək və istehlakçı Ü.Eldarqızının hüquqlarının müdafiə edəcək.
 
 
Saytdan xüsusi qeyd: Qarşı tərəfin mövqeyini də işıqlandırmağa hazırıq.
 
 
Rumiyyə

Загрузка...
Загрузка...